Icma.az
close
up
RU
Şöbə müdiri, restoran və şirkət rəhbərini şantaj edibmiş 8 il həbs cəzası verildi KONKRET

Şöbə müdiri, restoran və şirkət rəhbərini şantaj edibmiş 8 il həbs cəzası verildi KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin məhkəmə araşdırması başa çatıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaq materiallarında Habil Vəliyevin kimləri şantaj etdiyi qeyd edilib.

H.Vəliyevin əməlindən zərər çəkənlərdən biri Şirvan şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiridir.

Onu rəhbərlik etdiyi şöbədə guya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinin həyata keçirilməsi, o cümlədən, tibb sahəsində fəaliyyət göstərən ailə üzvlərinin fəaliyyətlərində qanunsuzluqlara yol vermələri adı ilə şantaj edib. 10 min manat verməyəcəyi halda qeyd etdiyi məlumatları rəhbərlik etdiyi saytda dərc edəcəyini deyib. Sonrakı illərdə eyni şəxsdən iki dəfə hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri, sonuncu dəfə şöbə müdirindən 300 manat pul alıb.

Bundan başqa H.Vəliyev 2021-ci ildə Bakı şəhərinin Babək prospektində yerləşən “Qızıl Bağ”restoranının sahibini şantaj edib. Onu restoranda apardığı çəkilişi saytında yayımlayacağı və obyektdə karantin qaydalarına əməl edilmədiyini təqdim edəcəyi ilə hədələyərək 200 manat pul alıb.

Zərərçəkmişlərdən digəri isə “Qartal” tikinti şirkətinin rəhbəri olub. H.Vəliyev onun barəsində rüsvayedici məlumatları yayacağını deyərək, hədə-qorxu yolu ilə 5 min manat tələb edib.

Sayt rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı ittiham irəli sürülərək, həbs edilib.

Verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Vəliyev hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu, təkrar məhkumluğu olduğu üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Mart 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see212

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see208

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see183

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see155

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see146

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see139

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see136

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see130

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see129

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see127

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see124

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see124

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see119

Milli Məclisdə görüşlər

24 Sentyabr 2025 03:44see118

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see118

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see118

Nəsimi fəlsəfəsi zamanın fövqündə

24 Sentyabr 2025 02:40see116

Barselona Yamal və Bonmatinin xatirinə bunu etdi FOTO

24 Sentyabr 2025 05:20see116

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see114

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

24 Sentyabr 2025 09:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri