Icma.az
close
up
RU
SOCAR və ya digər yerli şirkətlər LUKOIL un infrastrukturunu alarsa, Gürcüstanda fəaliyyət imkanı yarana bilər

SOCAR və ya digər yerli şirkətlər LUKOIL un infrastrukturunu alarsa, Gürcüstanda fəaliyyət imkanı yarana bilər

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“LUKOIL Georgia” Gürcüstan bazarından tamamilə çıxacaq. Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı şirkətin Rusiyadakı baş ofisi yayıb. Şirkətdən bildiriblər ki, ABŞ-nin “LUKOIL”a qarşı sanksiyalar tətbiq etməsi ilə əlaqədar, o, beynəlxalq aktivlərini satmaq qərarına gəlib. Yazılı məlumatda deyilir ki, şirkət və onun törəmə müəssisələri məhdudiyyətlərlə üzləşiblər: “LUKOIL” beynəlxalq aktivlərini satmaq niyyətini bəyan edir. Potensial alıcıların təkliflərinin qiymətləndirilməsi prosesi başlayıb. Gürcüstanda infrastruktura bir neçə operator, məsələn, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ya “Wissol” maraq göstərə bilər”. “LUKOIL Georgia”nın 100% səhmlərinin sahibi, Avstriyada qeydiyyatda olan “LUKOIL International GmbH” şirkəti də sanksiyaya məruz qalan törəmə müəssisələr arasındadır. “LUKOIL Georgia” Gürcüstanda ölkəboyu yerləşən 24 şəxsi, 26 icarəyə götürülmüş və 10 françayzinq yanacaqdoldurma məntəqəsi vasitəsilə fəaliyyət göstərirdi.LUKOIL-un Azərbaycan bazarından çıxması ölkə iqtisadiyyatına necə təsir edəcək?ABŞ-nin sanksiyaları LUKOIL-un fəaliyyətinə nə dərəcədə təsir göstərə bilər?Bu satış prosesi Gürcüstanın yanacaq bazarında qiymətlərə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, LUKOIL-un Gürcüstandakı filialının Azərbaycan bazarında birbaşa aktivləri yoxdur: “LUKOIL-un Gürcüstandakı filialı əsasən Gürcüstan bazarında fəaliyyət göstərir, ona görə Azərbaycan bazarında birbaşa aktivləri yoxdur. Yəni, Azərbaycan iqtisadiyyatına birbaşa çatdırılan zərər minimaldır. Əgər SOCAR və ya digər Azərbaycan şirkətləri LUKOIL-un infrastrukturasını alarsa, bu, Azərbaycan şirkətlərinə Gürcüstanda fəaliyyət imkanı yarada bilər və gəlir gətirə bilər. Bu, əksinə, Azərbaycan üçün iqtisadi üstünlük ola bilər.

LUKOIL regional enerji ticarətində iştirak etdiyi üçün onun çıxışı bəzi tədarük kanallarını azalda və qiymət dəyişikliklərinə səbəb ola bilər. Amma Azərbaycan üçün əsas təsir potensial bazar genişlənməsi və yeni əməkdaşlıq imkanlarıdır. Yəni Azərbaycan üçün bu, əsasən dolayı və potensial müsbət iqtisadi təsir yarada bilər”.

Akif Nəsirli

Akif Nəsirli vurğulayıb ki, ABŞ sanksiyaları LUKOIL-un beynəlxalq biznesini ciddi şəkildə zəiflədir və satışı sürətləndirir: “ABŞ sanksiyaları LUKOIL-un beynəlxalq aktivlərini satmaq və müəyyən bazarlardan çıxmaq qərarına səbəb olub.

LUKOIL-un Rusiyada və digər ölkələrdəki törəmə şirkətləri məhdudiyyətlərlə üzləşir. Beynəlxalq ödənişlərdə çətinliklər, Avropa və ABŞ şirkətləri ilə əməkdaşlıq problemləri, xarici investorlardan maliyyələşmə çətinlikləri bu sıradandır. Bu sanksiyalar onun gəlirini azaltmaq və beynəlxalq fəaliyyətini məhdudlaşdırmaq potensialına malikdir. Qısa desək, ABŞ sanksiyaları LUKOIL-un beynəlxalq biznesini ciddi şəkildə zəiflədir və satışı sürətləndirir”.

Satışın Gürcüstan yanacaq bazarına təsirindən danışan iqtisadçı qeyd edib ki, LUKOIL-un bazardan çıxışı bazarda boşluq yaradacaq: “Gürcüstanda 60-dan çox yanacaqdoldurma məntəqəsinə malikdir. Bu bazardan çıxış bazarda boşluq yaradacaq. Potensial alıcılar: SOCAR və Wissol kimi regional şirkətlərdir. Əgər SOCAR alarsa, Azərbaycan şirkəti Gürcüstanda bazar payını genişləndirə bilər. Qısa müddətdə qiymətlər yüksələ bilər, çünki LUKOIL çıxır və bazarda rəqabət azalır. Uzun müddətdə yeni alıcılar bazara daxil olarsa, qiymətlər sabitləşə və ya hətta azala bilər. Qısa müddətdə qiymət dalğalanması mümkündür, uzun müddətdə bazar yeni struktura uyğunlaşacaq. Azərbaycan iqtisadiyyatı üçün birbaşa mənfi təsir yoxdur, əksinə regional genişlənmə imkanı var. ABŞ sanksiyaları LUKOIL-un beynəlxalq fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır.Gürcüstan bazarında qiymətlər qısa müddətli artış göstərə bilər, lakin yeni alıcılar bazarı stabilləşdirə bilər”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri