Icma.az
close
up
RU
SOCAR Yaponiya Bankı ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalayıb

SOCAR Yaponiya Bankı ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişini imzalayıb.

Bunu SOCAR prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, sazişi SOCAR prezidenti Rövşən Nəcəf və JBIC-nin rəhbəri Nobumitsu Hayaşi imzalayıblar.

“N. Hayaşi ilə keçirilən görüşdə müzakirələr SOCAR və JBIC arasında tərəfdaşlığın gücləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və enerji sektorunda dayanıqlılıq, dekarbonizasiya və innovasiya sahəsində təşəbbüslərin irəli aparılmasına yönəlib. Görüşün mühüm nəticəsi olaraq, ekoloji cəhətdən məsuliyyətli enerji həllərinə dəstək vermək öhdəliyimizi vurğulayan Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalanıb”, - deyə R.Nəcəf qeyd edib.

seeBaxış sayı:24
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri