Icma.az
close
up
RU
Avropa İttifaqı Rusiya qazına sanksiya məsələsində tərəddüd edir

Avropa İttifaqı Rusiya qazına sanksiya məsələsində tərəddüd edir

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Avropa İttifaqı (Aİ) rəsmiləri Rusiyaya qarşı gələcəkdə tətbiq olunacaq sanksiya paketlərinə dəyişikliklər təklif ediblər.
Reyting.az
xəbər verir ki, bu barədə "Reuters" Aİ-dəki mənbələrinə istinadla yazıb.
Agentlik bildirir ki, Aİ-də Rusiyanın mayeləşdirilmiş qazının idxalı ilə bağlı növbəti müzakirələr zamanı yeni təklif edilən qadağa ideyasından imtina olunub.
Avropa Komissiyası bəzi hökumətlərin müqaviməti və alternativ qaz mənbələri ilə bağlı qeyri-müəyyənlik səbəbindən Rusiyaya qarşı sanksiyalar məsələsində çox da israr etməyib. Bunun müqabilində Aİ nümayəndələri 2027-ci ilə qədər Rusiya enerjisindən tamamilə imtina etmələrinə imkan verən daha bir plan hazırlamaq istəyirlər. Növbəti plan may ayının əvvəlində təqdim edilməlidir.
Qeyd edək ki, bu ilin iyun ayınadək Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təklif etməlidir. Sonuncu dəfə Aİ Rusiyanın mayeləşdirilmiş qazının idxalına qadağa qoyulması barədə geniş müzakirələr keçirmişdi. Məhz həmin vaxt Avropa rəsmiləri 16-cı sanksiyalar paketi üzərində işləri yekunlaşdırmışdı.
Bir Avropa rəsmisi "Reuters"-ə bildirib ki, əslində, bu addım risk də yaradır, çünki Avropa Komissiyası Rusiyanın mayeləşdirilmiş təbii qazından imtina etməklə, eyni zamanda da ABŞ ilə tarif danışıqlarındakı mövcud mövqeyini zəiflədəcəyindən ehtiyat edir.
Bundan əlavə, Avropa həm də Rusiya və Norveçdən sonra Aİ-yə üçüncü ən böyük qaz tədarükçüsü olan ABŞ-dan mayeləşdirilmiş təbii qaz tədarükündən asılı olmaqdan qorxur.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Aprel 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri