Icma.az
close
up
RU
SOCARın Türkiyəyə yatırdığı investisiyanın həcmi açıqlandı

SOCARın Türkiyəyə yatırdığı investisiyanın həcmi açıqlandı

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“SOCAR 2008-ci ildə “Petkim” səhmlərinin 51%-ni Türkiyənin Özəlləşdirmə İdarəsindən 2 milyard 40 milyon ABŞ dollarına satın alaraq bu ölkədə fəaliyyətə başlayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov şirkətin 2024- cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyənin ən böyük xarici investoru olan “SOCAR Türkiyə”yə 17 il ərzində ümumilikdə 18,5 milyard ABŞ dolları sərmayə qoyub.

İnvestisiyaların əsas istiqamətləri isə belədir:

“STAR Neft Emalı Zavodu: 6,7 milyard ABŞ dolları;

TANAP: 6,31 milyard ABŞ dolları;

Petkim-in satın alınması: 2,04 milyard ABŞ dolları;

Liman əməliyyatları: 420 milyon ABŞ dolları;

Daşınmaz əmlak investisiyaları: 232 milyon ABŞ dolları;

Təbii qaz şirkətlərinin alınması: 180 milyon ABŞ dolları;

Saxlanc fəaliyyəti: 110 milyon ABŞ dolları;

Fiber: 55 milyon ABŞ dolları;

SOCAR Türkiyənin Qrup Şirkətlərinə edilən investisiyalar: 2,445 milyon ABŞ dolları”.

E. İbadov qeyd edib ki, Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu SOCAR Türkiyə, eyni zamanda Əliağadakı bütün törəmə müəssisələrini əhatə edən ərazisi üçün Türkiyədə “Xüsusi Sənaye Zonası” adını alan ilk şirkət olub. İşçilərin sayı təxminən 5.600 nəfərdir. Podratçı şirkətlərin işçiləri də daxil olmaqla SOCAR Türkiyənin əməliyyatlarında 10 min nəfərdən artıq insan çalışır.

***

E. İbadov bildirib ki, “STAR Neft Emalı Zavodu (NEZ) 2018-ci ildə fəaliyyətə başlayıb. 2024-cü ildə isə əsaslı təmir olunub.

Onun sözlərinə görə, STAR NEZ, emal və neft-kimya inteqrasiyasını təmin edir və Türkiyədə tək nöqtəyə edilən ən böyük real sektor investisiyasıdır. Belə ki, STAR NEZ, Türkiyənin ilk “Strateji İnvestisiya Təşviqi” Sertifikatına sahibdir: “2024-cü ilin sonundan etibarən xam neftin emal həcmi ildə 13 milyon tona çatdırılıb. 2023-cü ildə istehsal gücündən istifadə əmsalı 117,1% təşkil edib.
STAR NEZ-də Dizel, Nafta, Aviasiya Yanacağı və LPG kimi müxtəlif neft məhsulları istehsal edilir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının təxminən 18%-i qarşılanıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri