Icma.az
close
up
RU
Soda ilə sağlamlıq və gözəllik RESEPTLƏRİ

Soda ilə sağlamlıq və gözəllik RESEPTLƏRİ

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Adətən sodadan müxtəlif şirniyyatların bişirilməsi zamanı istifadə olunur.

Lakin adi sodanı bir çox digər sahələrdə də istifadə etmək mümükündür.

1. Saglamolun.az bildirir ki, soda məişətdə çox effektli yuyucu vasitə kimi geniş istifadə oluna bilər. Sodanın köməyi ilə qabları, şüşələri, kafeli və s. yumaq mümkündür. Bu xüsusilə yuyucu vasitələrə (camaşır tozu, qabyuyan vasitələri və s.) allergiyası olan qadınlar üçün vacibdir. Soda allergiyalara səbəb olmur.

Sodanın toksiki xüsusiyyətləri yoxdur. Bu səbəbdən sodanı körpə uşaqların qab-qacaqlarının (əmzikli şüşələr, qablar və s.) yuyulmasında istifadə etmək olar.

2. Soda qıcqırma və gəyirmə ilə mübarizədə çox tez kömək edir. Bunun üçün 1/2 stəkan qaynanmış ilıq suda 1/2 çay qaşığı sodanı həll edin və birnəfəsə için. Qıcqırmanın səbəbi mədənin turşluğunun artmasıdır. Soda mədədə olan xlorid turşusunu neytrallaşdırır və bunun nəticəsində qıcqırma və gəyirmə yox olur.

Lakin nəzərinizə çatdıraq ki, bu vasitəni yalnız nadir hallarda və yalnız "təcili tibbi yardım" kimi istifadə etmək olar. Məsələ burasındadır ki, soda mədədə olan xlorid turşusu ilə kimyəvi reaksiyaya girərək, karbon qazı əmələ gəlir. Bunun təsirindən isə mədə şirəsinin ifrazı artır. Nəticədə artıq miqdarlarda ifraz olunan mədə şirəsi mədənin özünü "həzm etməyə" başlayır ki, mədəni daxildən örtən selikli qişasında eroziyalar və xoralar əmələ gəlməyə başlayır.

Bundan əlavə sodanı tez-tez qəbul etdikdə, bu orqanizmin turşu-qələvi balansını poza bilər.

Qıcqırma və gəyirmə sizi tez-tez narahat edirsə, mütləq müalicə üçün qastroenteroloqa müraciət edin.

3. Boğaz ağrısı zamanı (angina, faringit və s.) soda ilə olan qarqaralar çox yaxşı kömək edir. Bunun üçün 1 çay qaşığı sodanı 1 stəkan qaynanmış ilıq suda həll edin və qarqara edin.

4. Ayaqlarınızda köhnə bərk döyənək ("mozol"), dabanlarınızda çatlar varsa, soda ilə ayaq vannaları qəbul edin. Qaynar suya 2 xörək qaşığı soda əlavə edin. Belə vannalar dərini çox yaxşı yumşaldır. Daha sonra isə çatlar zamanı dərinizi daban daşı ilə yaxşı sürtün və vazelin çəkin, döyənək zamanı ilə xüsusi plastırdan istifadə edin.  

Həmçinin soda ilə vannalar pis ayaq qoxusunu yox edir.    

5. Diş iltihabı (flüs) zamanı da soda ilə qarqaralar yaxşı kömək edir. 1 çay qaşığı sodanı 1 stəkan ilıq suda həll edin və qarqara edin.

6. Ağcaqanad və digər həşaratların dişləməsi qaşınmaya səbəb olur. Qaşınan yerə soda məhlulunda isladılmış (1 çay qaşığı soda + 1 stəkan su) pambıq qoyun. Qaşınma tez keçəcək.

7. Bəzi qadınlarda antipersperantlardan istifadəsi allergik reaksiyaya səbəb olur. Bu halda da soda kömək edə bilər. Quru təmiz qoltuqaltı nahiyələrinə bir qədər soda sürtün. Bu sizi tər iyindən xilas edəcək.

8. 1 çay qaşığı sodanı 1 xörək qaşığı xama ilə qarışdırın. Bu çox yaxşı skrab və eyni zamanda üz üçün ağardıcı maskadır. Təmiz üz dərisinə çəkin və 15 dəqiqədən sonra masaj xətləri üzrə yüngül masaj edin. Daha sonra ilıq su ilə yuyun.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri