Icma.az
close
up
RU
Sofiyada Novruz bayramı silsilə tədbirlərlə qeyd edilib

Sofiyada Novruz bayramı silsilə tədbirlərlə qeyd edilib

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Novruz bayramına həsr edilmiş silsilə tədbirlər təşkil edib.

AZƏRTAC xəbər verir ki, bahar fəslinə, Novruz bayramına və bolqarların Baba Marta bayramına həsr edilmiş “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” adlı rəsm və kompozisiyalar sərgisi Sofiya Universitetinin foyesində təntənə ilə açılıb. Layihə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin dəstəyi ilə həyata keçirilib. Sərgidə hər iki bayramla bağlı Məktəb-Lisey Kompleksinin şagirdlərinin və Mərkəzə göndərilən müxtəlif Azərbaycan universitetlərinin tələbələrinin rəsmləri, Sofiya Universitetinin türkologiya ixtisasında oxuyan tələbələrin, bolqar şagirdlərinin, uşaq bağçasından uşaqların və diaspora nümayəndələrinin əl işləri və kompozisiyaları nümayiş olunub.

Azərbaycanın Bolqarıstandakı konsulu Çingiz Qəribli, Türkiyə Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təhsil müşaviri Mehmet Selim Varınca, Türkologiya və altayşünaslıq kafedrasının müdiri prof. Milena Yordanova, prof. Dimitr Veselinov, media nümayəndələri və digər qonaqlar milli bayram formatında keçirilən tədbirin qonaqları olublar.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska hər bir xalqın yazın gəlişini qeyd etməyin özünəməxsus tərzi və ənənələrinə malik olduğunu qeyd edərək Azərbaycan xalqının ən gözəl bayramlarından olan Novruz bayramından və bolqarların yaz bayramı Baba Marta bayramından qısa məlumat verib.

Klassik və müasir filologiya fakültəsinin dekanı, professor Qerqana Petkova qonaqları hər iki bayramla təbrik edərək, mərkəzin Sofiya Universitetinin ən böyük fakültəsinin bir hissəsi olduğunu, burada dünyanın bütün dillərinin öyrənildiyini, eləcə də türk dilləri üzrə, o cümlədən Azərbaycan dili üzrə kadrların hazırlandığını qeyd edib. O, bu cür mədəniyyət tədbirlərin keçirilməsinin hər iki xalqın qarşılıqlı anlaşması üçün çox vacib olduğunu vurğulayaraq universitetin tələbələri üçün isə öyrəndikləri dili və ölkəni Bolqarıstanda tanıtmaq üçün əlavə bir fürsət olduğunu qeyd etdi.

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı konsulu Çingiz Qəribli həm Azərbaycanın, həm də Bolqarıstanın multikulturalizm və tolerantlıq dəyərlərinə malik olduqlarını və bu tədbirin mədəniyyətləri daha yaxından tanımağa imkan yaratdığını qeyd edib.

Bundan sonra tələbələr konsert proqramı ilə çıxış ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Mart 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri