Şok sənədlər üzə çıxdı: Əsəd kəşfiyyat məlumatı verib, İsrail İranı vurub FOTO
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əsəd hökümətinin devrilməsindən sonra tapılan sənədlər rejimlə İsrailin bir çox mövzuda əməkdaşlıq etdiyini ortaya çıxarıb.
Publika.az xəbər verir ki, Suriyada bəzi jurnalistlərin üzə çıxardığı sənədlərdə “Suriya Ərəb Respublikası”nın rəsmi blankları və kəşfiyyat şöbəsinin möhürləri var.
Sənədlər arasında İsrailin Suriyanı “İran və Hizbullahın hərbi aktivlərinin axınının qarşısını almağa” çağırdığı məktub da var.
Bununla bağlı “Musa” kod adlı agent keçmiş rejimin müdafiə naziri, general-leytenant Əli Mahmud Abbasla birbaşa əlaqə saxlayıb və HƏMAS-ın fəaliyyəti ilə bağlı xüsusi xəbərdarlıqlar edib.
Sənədlərə görə, bu məktublar daha sonra Milli Təhlükəsizlik Bürosunun keçmiş rəisi Əli Məmlükə ötürülüb.
Başqa bir sənədə görə, 2023-cü il mayın 7-də İsrail qüvvələri Əsəd rejiminə bağlı İran məntəqələrini hədəfə alıb. Sənədlər Əsəd rejiminin təkcə İsraildən kəşfiyyat məlumatları almadığını, həm də İranın mövqelərinə qarşı hücumları aktiv şəkildə əlaqələndirdiyini ortaya qoyur.
Sənədlərdə İsrailin Əsəd rejimi ilə məlumat mübadiləsi aparması, xəbərdarlıq və tövsiyələr verməsi, hücumlarla bağlı məlumat verməsi və yumşaq tondan istifadə etməsi diqqət çəkir.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 Dekabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















