Icma.az
close
up
RU
Söküntü bumu: Mənzillərin qiymət artımı davam edəcək

Söküntü bumu: Mənzillərin qiymət artımı davam edəcək

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının 2035-ci ilə qədər Baş Planına əsasən, paytaxtda istismar müddətini başa vurmuş 3, 4 və 5 mərtəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.

Bakıvaxtı.az bildirir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işləri başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq.

Həmçinin Mərkəzi Parkın ərazisi genişləndiriləcək. Yasamal rayonunda sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park salınacaq. Söhbət Təzəpir məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxasına kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Bundan başqa, Nəsimi rayonunda "Kubinka" adlanan ərazidəki fərdi evlər də söküləcəklər sırasındadır.

Maraqlıdır ki, bu söküntülər əmlak bazarında evlərin alqı-satqısına necə təsir edir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan əmlak eksperti Anar Nəsirov bildirib ki, hər il olduğu kimi, bu ildə əmlak bazarında qiymət artımı müşahidə olunur:

"İstismar müddəti başa çatmış mənzillərin söküntüsündə pilot layihələrin həyata keçirilməsi çərçivəsində həmin sakinlərin yeni yaşayış evləri ilə təmin olunması əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, əksər sakinlər yeni tikiləcək yaşayış evini istəmir və əvəzində kompensasiya tələb edir. Bu vətəndaşlar təkrar mənzil bazarına müraciət edirlər və nəticədə tələbat artır. Tələbatın artması qiymətin bahalaşmasına səbəb olan amillərdən birinə çevrilir”.

Ekspert deyib ki, bundan başqa, ipoteka şərtlərinin asanlaşdırılması və ipoteka ilə mənzil alanların sayının artması əmlak sahibi olmaq istəyənlərin marağını artırıb. Artan maraq isə mənzil bazarına öz təsirini göstərir və qiymət artımı qeydə alınır.

Anar Nəsirov: Artan maraq mənzil bazarına öz təsirini göstərir və qiymət artımı qeydə alınır

A.Nəsirovun sözlərinə görə, bazarda tələb-təklif balansı pozulanda mənzillərin qiyməti artır.

"Qiymət artımı əsasən çıxarışı olan və ipotekaya yararlı mənzillərin qiymətində daha çox müşahidə olunur. Ümumilikdə mənzil bazarında qiymət artımı olsa da, çeşidlərə bölsək, daha çox artım məhz çıxarışı olan, sökülmə ehtimalı olmayan yeni binalarda və Sovet dövründə tikilmiş 9 mərtəbəli binalarda qeydə alınır. Çünki bu binalar ipoteka şərtlərinə uyğundur", - deyə müsahibimiz əlavə edib.

Müsahibimiz vurğulayıb ki, bu il Rusiyada yaşayan azərbaycanlılar yerli mənzil bazarına daha çox müraciət ediblər. Bu isə alıcı və satıcı arasındakı balansı pozub. Alıcıların çoxalması nisbətinə görə satıcıların sayının az olması mənzil bazarında qiymət artımını qaçılmaz edib:

"Paytaxt Bakıda və ətraf qəsəbələrdə mənzillərin artan qiyməti bu ilin sonunadək davam edəcək. Xüsusən də Yeni İl öncəsi daha çox alıcının bazara daxil olması gözləniləndir. Bunun səbəbi Rusiyadan istirahət üçün Azərbaycana gələn soydaşlarımızın mənzil bazarına üz tutması olacaq". 

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri