Icma.az
close
up
RU
Şolz Putinlə söhbətlərinin dostluq şəraitində keçdiyini bildirib

Şolz Putinlə söhbətlərinin dostluq şəraitində keçdiyini bildirib

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın keçmiş kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının tonunun “dostluq” olduğunu, lakin hər birinin digərindən nə gözlədiyini bildiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Şolz kansler vəzifəsini tərk etdikdən sonra “Kaffee und Fluchen” podkastında ilk müsahibəsində Ukraynadakı münaqişəyə toxunub.

O qeyd edib ki, böhran başlayandan bəri o, Putinlə telefonla “dəfələrlə və çox ətraflı” danışıb, “ən son keçən il”.

Almaniyanın keçmiş kansleri bu söhbətlərin hansı tonla getdiyi ilə bağlı sualı cavablandırarkən bunun “dostluq” olduğunu vurğulayıb. “Belə də olmalıdır.

Bununla belə, düşünürəm ki, hamı bir-birindən nə gözlədiyini bilir”, - deyə Şolz bildirib.

Eyni zamanda, Almaniya hökumətinin keçmiş rəhbəri Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının “kortəbii qərar” olmadığını təsdiqləyib. O, həmçinin ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həllinə töhfə verə biləcəyinə ümid etdiyini bildirib. Şolz vəzifədə olduğu müddətdə ABŞ hökuməti ilə gərginliyi dəfələrlə vurğulasa da, Yaxın Şərqdə son atəşkəsdə Trampın rolunu etiraf edib.

Üçüncü Dünya Müharibəsinin mümkün olub-olmaması ilə bağlı suala Almaniyanın keçmiş kansleri birbaşa cavab verməyib. “Böyük dövlətlər nüvə silahı əldə edəndən bəri insan həmişə müdrik və ehtiyatlı olmalıdır. Bu da paralel gedir: Ukraynanın ən böyük dəstəkçisi olmaq və eyni zamanda bəyan edirik ki, bizdən nə tələb olunursa, etməyəcəyik, çünki biz müharibənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısını almaq istəyirik. Mən həmişə bu prinsipə əməl etmişəm. Belə təhdidedici vəziyyətdə insanın aydın prinsiplərə sahib olması və onlara əməl etməksi lazımdır”, - deyib.

Şolz 8 dekabr 2021-ci ildən 6 may 2025-ci ilə qədər Almaniyanın kansleri vəzifəsində çalışıb. Putinlə Şolz arasında sonuncu telefon danışığı 2024-cü il noyabrın 15-də Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Liderlər daha əvvəl 2022-ci il dekabrın 2-də telefonla danışıblar. Kremlin məlumatına görə, həmin noyabr söhbəti zamanı müzakirə olunan mövzular Ukrayna, Yaxın Şərq və Rusiya ilə Almaniya arasında ikitərəfli münasibətlər olub.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Oktyabr 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri