Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Son 10 il Azərbaycan üçün inkişaf və zəfərlərlə zəngin olub ŞƏRH

Son 10 il Azərbaycan üçün inkişaf və zəfərlərlə zəngin olub ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurların və onların fonunda müəyyənləşdirilən hədəflərin təqdimatıdır. Bu baxımdan Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışı hazırda ölkə mətbuatında geniş şərh edilir. Azərbaycanda təhsilin, elmin inkişafından, alimlərimizin ölkəmizin tərəqqisinə verdikləri davamlı töhfələrdən geniş bəhs edən Prezident vurğuladı ki, Akademiya 80 ildə böyük yol keçib. Bu illər ərzində müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək, təhsilin, elmin inkişafı istiqamətində böyük səylər göstərdiyini, Azərbaycan alimlərini dəstəklədiyini görərik. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı. O illərdə Ulu Öndərin təşəbbüsü ilə yüz minlərlə Azərbaycan gənci keçmiş İttifaqın aparıcı ali məktəblərinə göndərildi və ölkəmizin intellektual potensialı daha da gücləndi. Bu siyasət Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da davam etdirildi. Hər bir sahədə möhkəm təməl Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. Hazırda on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərində təhsil alırlar. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdır, ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Dövlətimizin başçısı hər bir çıxışında ölkənin bugünkü və gələcək inkişafında təhsilin, elmin, yeni texnologiyaların rolunu xüsusi vurğulayır. Reallıq budur ki, Azərbaycan əhalisinin savadlılıq səviyyəsi 100 faizə çatıb. Təbii ki, bu, atılan mühüm addımların uğurlu nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin qeyd olunduğu 2015-ci ildən ötən 10 ildə Azərbaycanın bütün sahələrdə, o cümlədən elmdə, təhsildə qazandığı uğurlardan, atılan addımlardan geniş bəhs etdi: “Təbii ki, bu illərin uğurlarının zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dayanır. Buna əsas verən isə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz, Vətənə, torpağa sevgimiz və sair amillərdir. Daim ölkəsinin, xalqının gələcəyini düşünən Lider müəyyənləşdirdiyi siyasəti ilə dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılması üçün zəruri addımlar atır. Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olması, dünyaya inkişafın təkmil modelini təqdim etməsi də bunun bariz nümunəsidir. Hər bir ölkənin inkişafında əhəmiyyətli rol oynayan sabitliyi və iqtisadi amili nəzərə alsaq, Azərbaycanın bu istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Prezident İlham Əliyev yubiley yığıncağındakı çıxışında vurğuladı ki, bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Valyuta ehtiyatlarımız ildən-ilə artır. Bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. İqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək. Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür”.

Malik Həsənov vurğulayıb ki, son 10 il Azərbaycan üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edildi. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Ərazimizdə işğalçı qüvvələr, xarici hərbi birləşmələr yoxdur. Bu gün bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.

Deputat qeyd edib ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir: “Hazırda hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini onun texnoloji imkanları şərtləndirir. Dövlətimizin başçısının çıxışında bildirdiyi kimi, bu gün bunu iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, yeni müharibələrdə görürük. Prezident İlham Əliyev bu çağırışı etdi ki, ona görə texnoloji inkişaf üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun. Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Təbii resurslar sadəcə olaraq bir vasitədir, bir imkandır. Təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəltməklə gələcəkdə inkişafımızı dayanıqlı etmək olar. Təbii sərvətlər tükənən sərvətlərdir. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda ki, buna sərmayə qoyulur. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər”.

Malik Həsənov vurğulayıb ki, İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı vaxtdan bu hədəfi qarşıya qoydu: İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Biz neft kapitalını insan kapitalına çevirməliyik! Son 22 ildə atılan addımların uğurlu nəticələri bu hədəfə nail olduğumuzu təsdiqləyir: “İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə siyasi mövqeyini də möhkəmləndirir. Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni körpülərin qurulmasında da maraqlıdır. Ölkəmiz əməkdaşlıq məkanı kimi diqqətdədir. Bu gün paytaxt Bakı ilə yanaşı regionlarımızın, o cümlədən azad edilmiş ərazilərimizin müxtəlif sahələr üzrə keçirilən tədbirlərə ev sahibliyi də Azərbaycanın beynəlxalq alımdə qazandığı nüfuzun, etimadın göstəricisidir”.

Deputat bildirib ki, hər bir çıxışında Azərbaycanın tarixindən geniş bəhs edən Prezident İlham Əliyev bu mühüm hədəfə də diqqəti yönəltdi ki, biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq: “Dövlətimizin başçısı bunun üçün qarşıda dayanan vəzifələri də açıqladı. Elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi əsas prioritetlərdəndir. Bu çağırış da diqqətə çatdırıldı ki, artıq 30 ildən çoxdur ki, müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.

Malik Həsənov qeyd edib ki, atılan hər bir addım, qarşıya qoyulan hədəflər qalib, bütövləşən Azərbaycanımızın daha da möhkəmlənməsinə, dayanıqlı inkişafına, hər bir sahədə zəngin təcrübəyə malik olmasına xidmət edir. Azərbaycan qarşısına qoyduğu bütün hədəflərinə çatır. Bu hədəf bizi torpaqlarımıza qovuşdurdu, tarixi ədaləti bərpa etdi, işğala son qoydu. Xalqımız tezliklə növbəti hədəfimizə də nail olacağımıza əmindir. Qərbi Azərbaycana qayıdacağıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri