Icma.az
close
up
RU
Son 3 gün: Ən soyuq andiçmə, liderlər, milyarderlər, ziyafətlər və...

Son 3 gün: Ən soyuq andiçmə, liderlər, milyarderlər, ziyafətlər və...

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Tramp 3 gün sonra rəsmi olaraq Ağ Evə qayıdacaq. İnauqurasiya tədbirləri sabah başlayır. 

Meteoroloqlar Vaşinqtonun ən soyuq günlərindən birini bazar ertəsi yaşayacağını və bu açılışın hətta ən soyuq andiçmə mərasimi ola biləcəyini proqnozlaşdırırlar. 

Mərasimdə hansı xarici liderlər, milyarderlər iştirak edəcək? 

Kimlər ona qatılmayacaq? 

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Tramp 4 ildən sonra Ağ Evə qayıtmağa hazırlaşır. Tramp yanvarın 20-də andiçmə mərasimi ilə rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq. 

Donald Tramp və yeni seçilmiş vitse-prezident JD Vance üçün andiçmə mərasimi bazar ertəsi ABŞ vaxtı ilə saat 12:00-da olacaq, lakin andiçmə mərasimi hazırlıqları şənbə günü başlayacaq. Şənbə günü Trampın Virciniya ştatındakı Milli Qolf Klubunda prezident qəbulu və atəşfəşanlıq, habelə Nazirlər Kabinetinin qəbulu və vitse-prezidentin şam yeməyi təşkil olunacaq.

Bazar günü Arlinqton Milli Qəbiristanlığında əklil qoyma mərasimi, Vaşinqtondakı Capital One Arenada Trampın MAGA "Qələbə mitinqi" və şam yeməyi olacaq. Yanvarın 20 yanvar günü St. John's Church kilsəsində dua ilə başlayacaq, ardından Ağ Evdə çay içiləcək. Tramp və yeni seçilmiş vitse-prezident J.D.Vens günorta saatlarında and içəcək, ardınca isə Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün rəsmi vida mərasimləri keçiriləcək. 

Tramp daha sonra namizədliklərin imzalanmasının adət olduğu Senat palatasının yaxınlığındakı Prezident otağına gedəcək. İmzalanma mərasimindən sonra nahar veriləcək. 

Tramp daha sonra prezident paradında iştirak edəcək və Ağ Evdəki Oval kabinetdə imzalanma mərasimi keçiriləcək. Bundan sonra Trampın uzun nitq söyləməsi də gözlənilir. Açılış tədbirləri çərşənbə axşamı səhər Milli Dua ilə başa çatacaq. 

ABŞ-nin Prezidenti Cozef Bayden 4 il əvvəl 2020-ci ildəki seçki məğlubiyyətini qəbul etməyərək andiçmə mərasiminə qatılmayan Trampdan fərqli olaraq, andiçmə mərasiminə qatılacağını bildirib. 

“Associated Press”-in məlumatına görə, adət olduğu kimi, vəzifəsini tərk edən vitse-prezidentlər və prezidentlik yarışında məğlub olan namizədlərin də iştirakı gözlənilir. ABŞ mətbuatında çıxan bir çox xəbərə görə, Barak Obama, Corc Buş və Bill Klinton mərasimdə iştirak edəcək. Tədbirə keçmiş birinci xanım Laura Buş və keçmiş dövlət katibi Hillari Klinton da həyat yoldaşları ilə qatılacaqlar.
Mişel Obama inauqurasiyada iştirak etməyəcək. Andiçmə mərasimində başqa ölkələrdən bir neçə siyasətçinin iştirakı və ya elçi göndərilməsi gözlənilir. “CBS News”-un məlumatına görə, 1874-cü ildən bəri heç bir dünya lideri andiçmə mərasimində iştirak etməyib. Qeydlər göstərir ki, xarici səfirlər və onların həyat yoldaşları tədbirdə hökumətlərini təmsil edirlər. Mərasimdə Trampın noyabrdakı qələbəsindən sonra onunla görüşən ilk xarici lider olan Argentina Prezidenti Xavyer Mileinin iştirakı gözlənilir. 

“NBC News” yazır ki, Tramp Salvador Prezidenti Nayib Bukele və İtaliyanın Baş naziri Giorgia Meloni də dəvət edib. Bukelenin iştirak edib-etməyəcəyi bəlli deyil və Meloni keçən həftə cədvəli icazə verərsə, gələcəyini söyləyib. Çin Prezidenti Si Cinpin onun yerinə andiçmə mərasimində iştirak etmək üçün rəsmi nümayəndə göndərəcək.  Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro da dəvət edildiyini və pasportunun qaytarılması üçün iştirak edəcəyini söyləyib. 

“Politico” xəbər verir ki, ifrat sağçı fransız siyasətçisi Erik Zemmur və onun ortağı, Avropa Parlamentinin deputatı Sara Knafo da dəvət olunub, lakin onların iştirak edib-etməyəcəyi bəlli deyil. 

Maskdan başqa hansı milyarderlər olacaq? 

Andiçmə mərasimində “Tesla” və “SpaceX”-in baş direktoru İlon Mask (xalis sərvəti 423 milyard dollar), “Meta” şirkətinin rəhbəri Mark Zukerberq (sərvəti205 milyard dollar) və “Amazon”un qurucusu Ceff Bezos (sərvəti 232 milyard dollar) iştirak edəcək. Bu şəxslər Trampın kabinetinin yanındakı kürsüdə oturacaqlar. “OpenAI”-nin baş direktoru Sem Altmanın (sərvəti 1,1 milyard dollar) da andiçmə mərasimində iştirak etməyi planlaşdırdığı bildirilir. 

“The New York Times” qəzetinin yazdığına görə, “Forbes”in milyarderlər siyahısında olmayan “Tik Tok” şirkətinin baş direktoru Şou Zi Çeu da andiçmə mərasimində iştirak edəcək və kürsüdə fəxri mövqedə oturacaq. 

Bazar ertəsi Vaşinqtonda bu günə qədərki ən soyuq temperaturlardan biri müşahidə olunacaq. “AccuWeather” xəbər verir ki, bazar ertəsi ən yüksək temperatur -4, ən aşağı isə -13 dərəcə Selsi olacaq. 

Mütəxəssislər bunun 1985-ci ildə Ronald Reyqanın ikinci inauqurasiyasından sonra ən soyuq inauqurasiya olacağını proqnozlaşdırırlar. 

Nigar 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri