Icma.az
close
up
RU
Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb Nazir

Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb Nazir

Azərbaycan hökuməti son 5 ildə 4 milyon insanı əhatə edən 7 milyard manatlıq 4 sosial paket reallaşdırıb.

Globalinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Bundan başqa, nazir deyib ki, son 5 ildə ölkədə məşğulluq sistemində böyük transformasiya olub: “Əmək müqavilələrinin sayı 600 min ədəd artıb. Əməkhaqqı fondu 3 dəfə böyüyüb. Bu artım həm yeni iş yerlərinin yaradılması, həm də maaşların “ağardılması” ilə bağlı olub. Hökumətin siyasətinin əsasında vətəndaşlarımızın rifahı durur. Bu məsələ daima nəzarətdədir”.

seeBaxış sayı:36
embedMənbə:https://globalinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri