Icma.az
close
up
RU
Son dayanacağa bileti olmayanların maraq davası

Son dayanacağa bileti olmayanların maraq davası

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı üçün prosesdə kiminsə maraqları deyil, sülh sazişinin imzalanması əsas şərtdir

“Nə tökərsən aşına, o da çıxar qaşığına”. Tarixin və həyatın dəfələrlə sübuta yetirdiyi, dəyişməz postulata çevrilmiş atalar sözümüzü bəzilərinə tez-tez xatırlatmağımız gərəkir. Özünü Ukrayna bataqlığına salan Moskva onilliklərdən sonra Cənubi Qafqazda öz təsirini tədricən itirməyə başladı və deyəsən, bunun fərqinə indi varmaqdadır.

Əvvəlcə şimal qonşumuzdakı bəzi qüvvələrin nəzərinə unutmaq istədikləri həqiqəti çatdırmağımıza ehtiyac var. Azərbaycan Ermənistanla onilliklər boyu davam edən və Moskvanın mərkəzi aktoru olduğu münaqişəyə 44 günlük müharibədə nöqtə qoyandan, ardınca ildırım sürətli lokal antiterror tədbirlərindən sonra Qarabağ bölgəsinə tam nəzarəti bərpa edəndən təxminən iki il sonra İrəvan və Bakı Rusiyadan uzaqlaşaraq, yaxın vaxtlara qədər sonu görünməyən qanlı münaqişədən sonra sülh sazişi mətni üzərində razılığa gəldilər və münasibətlərini vasitəçilərsiz, ikitərəfli müstəvidə normallaşdıraraq tarix yazdılar. İndi Moskva həm Bakı, həm də İrəvanla əməkdaşlığı bərpa etməyə çalışır, “vasitəçilik” təklif edir. Üstəlik, bu zaman həm İrəvana, həm də Bakıya qarşı dezinformasiya kampaniyaları aparır.

Rusiya Dövlət Dumasında Trampın son günlər intensivləşən Qafqaz təşəbbüslərini şərh ediblər. “Rusiya bölgədəki maraqlarından heç kimin xeyrinə əl çəkməyəcək və boyun əyməyəcək. Əgər ABŞ Qafqaza da əl qatmaq istəyirsə, buna davam eləsin. Amma Cənubi Qafqazda sabitlik həmişə Rusiyanın maraqları nəzərə alınmaqla həll olunacaq”. Rusiya Dövlət Dumasının Təhlükəsizlik komitəsinin üzvü Adalbi Şxaqoşev ABŞ Prezidenti Donald Trampın Ermənistan–Azərbaycan dialoqunda vasitəçi olmaq təşəbbüsünü bu formada şərh edib. Şxaqoşev sözlərinə onu da əlavə edib ki, Moskva bütün tərəflərə hörmətlə yanaşmaqla, daxili işlərinə qarışmamaqla hərəkət edir və Qafqazda təhlükəsizliyi özünün prioriteti hesab edir.

Çoxdan uzaqlaşmış qatarın arxasınca nostalji hislərlə baxan deputat Şxaqoşevə bölgədə və dünyada baş verən proseslərlə yaxından tanış olmağı məsləhət görməkdən başqa deyəcək sözümüz yoxdur.

***

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov hesab edir ki, ABŞ Prezidentinin məlum sülh təşəbbüsünə Rusiya tərəfinin qıcıqla yanaşacağı gözlənilən idi: “Buna əvvəlcədən şübhəmiz yox idi. Çünki Moskva özü üçün çoxdan müəyyən edib ki, həm Şimali, həm də Cənubi Qafqaz onun maraq dairəsində olmalıdır. Sanki özləri üçün ayrıca maraq dairəsi cızıblar və bu, hələ Rusiya imperiyası, çarizm dövründən üzü bəri davam edir. Amma yaddan çıxarırlar ki, artıq XXI əsrdir, dünənki postsovet respublikaları daha müstəqil dövlətlərdir. Və onların hər birinin prioritetləri, xarici siyasət xətləri var.

Məgər Donald Trampla görüşməkdən ötrü Bakı, yaxud İrəvan Moskvadan icazə almalıdır? Bu məsələ ilə bağlı Rusiya rəsmilərinin, deputatların, hökumətyönlü medianın çıxışlarına diqqət yetirsək görərik ki, Kremlin hər yerdə – Avropada, Yaxın Şərqdə, Asiyada, Afrikada – özəl maraqları var. Onun məntiqinə görə, hamı dinc, sakitcə oturmalı və tərpənməməlidir. Atdıqları hər addımda isə Rusiyanın maraqlarını nəzərə almalıdırlar.

Bu cür xudpəsənd və absurd yanaşma Rusiya siyasi elitasında elə dərin köklər buraxıb ki... Elə bil hələ də on beş, on altıncı əsrlərdə yaşayırlar. Bəs özü Ukrayna ərazisinə daxil olanda düşünmürdü ki, bu ölkə Avropanın maraq dairəsinə daxildir? Axı, faktiki olaraq, Ukrayna Avropanın tərkib hissəsi sayılır. Amma Moskva bu ölkənin NATO-ya daxil olub-olmaması, qoşun saxlaması kimi məsələləri özü tənzimləməyə çalışır. Guya, Ukrayna özünün neytral statusunu elan etməlidir”.

Politoloqa görə, müstəqil xarici siyasət yürüdən Azərbaycan kimdənsə məsləhət, yaxud tövsiyyə almaq barədə düşünmür: “Azərbaycan sivil dövlət olaraq, heç kəslə dümənçilik etmək fikrində deyil. Fəqət, ölkəmizə qarşı sayğısız münasibət sərgilənəndə, təbii ki, Şxaqoşev kimi məsuliyyətsiz deputatların ağzının üstündən vurmalıyıq və vururuq. Siyasi iradə və qətiyyət Azərbaycanın xarici siyasətinin ana xəttini təşkil edir”.

Rusiya cəmiyyətində demokratik prinsiplərin, insan haqlarının pozulması ilə bağlı artan etirazların fonunda mediada azərbaycanofob hekayələr də dövriyyəyə buraxılmaqdadır. Belələri bəzən tarixi faktları təhrif etməkdən də çəkinmilər. Hamıya məlumdur ki, Qarabağ münaqişəsinin kökləri Rusiya imperiyası və Sovet İttifaqı dövrünə gedib çıxır və müstəqil Azərbaycan və Ermənistanla əlaqəsi yoxdur. Tarixən bu münaqişənin əsas mahiyyəti bəzilərinin iddia etdiyi kimi, demokratiya və azadlıq və ya bir qrupun dediyi kimi, dini amillərə bağlı deyil. Münaqişə ermənilərin Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirmək mənasını verən “miatsum” konsepsiyasına əsaslanan ərazi iddiaları nəticəsində körükləndirilib. Axı Kremlin dəstəklədiyi “dqr” adlı separatçı tonqalı alovlanmazdan əvvəl iki xalq sülh şəraitində yaşayıb. İndi Moskvanın “vasitəçi, moderator” kimi yeni “təşəbbüslərinin” bu tonqalı yenidən qalamaq niyyətindən ibarət olduğunu Bakı da yaxşı bilir, İrəvan da...

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 06:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri