Icma.az
close
up
RU
Son günlərdə Kür çayında suyun səviyyəsində enmə qeydə alınır

Son günlərdə Kür çayında suyun səviyyəsində enmə qeydə alınır

Icma.az bildirir, Azertag portalına istinadən.

Sabirabad, 15 may, Aydın Yavərzadə, AZƏRTAC

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu il çayda suyun artması nəticəsində çay axını sahil qayasından çıxaraq, mühafizə bəndinin aşağı oturacaq hissəsinə çatıb.

Bu sözləri Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin baş mühəndisi Əsgər Salahov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib. O qeyd edib ki, hazırda suyun səviyyəsi mühafizə bəndinin orta üst səviyyəsindən 3-4 metr aşağıdadır.

“Kür ətrafında bəzi yerlərdə subasmalar qeydə alınıb ki, həmin ərazilər Kür çayı mühafizə bəndinin mühafizə zolağında, həm də çayın mühafizə sanitar bölgəsindədir. Bu ərazilər çay məcrası sayılır. Hazırda mühafizə bəndləri tam nəzarətdədir və hansısa təhlükə yoxdur. Eyni zamanda, son 3-4 gündə Kür çayında suyun səviyyəsi enib. Bir neçə gün öncə Mingəçevir su anbarından 420 kubmetr/saniyə su axımı keçirdisə, hazırda bu rəqəm 50 kumbetr/saniyə azalaraq, 370 kubmetr/saniyəyə bərabərdir. Hazırki göstəriciyə görə Kür çayının Surra məntəqəsində suyun səviyyəsi son günlərdə 73 santimetr düşüb. Proqnoza əsasən demək olar ki, mühafizə bəndləri dağlarda olan qar ərintiləri, həmçinin düşən yağıntılar hesabına Kür çayına gələn suyu tam ötürmərə malikdir və hətta suyun səviyyəsi 2-3 metr də qalxarsa, hansısa təhlükə sayılmır",- deyə baş mühəndis bildirib.

Onun sözlərinə görə, suyun qalxması zamanı sahil mühafizə bəndlərində bəzi yerlərdə xırda çatlar əmələ gəlir ki, onlar da aparılan monitorinqlər zamanı aşkarlanır və bərpa olunaraq gücləndirilir. Yəni bu iş davamlı görülür. Mühafizə bəndlərində bu il və növbəti ildə də gücləndirmə işləri aparılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri