Son günlərində yalnız vizajistini yanına buraxıb
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Amerikalı kantri ulduzu Dolli Partonun həyatının son günlərində yaxınlarını yanına buraxmadığı iddia edilib.
Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilir ki, sənətçi doğmalarının onu zəif və xəstə vəziyyətdə xatırlamasını istəməyib. O, yalnız vizajistinin yanına gəlməsinə icazə verib. Vizajist sənətçiyə makiyaj edib, parikini düzəldib və vida mərasimi üçün də onun makiyajını hazırlayıb.
Məlumata görə, sənətçinin ölümündən qısa müddət əvvəl onu görən yeganə qohumu bacısı oğlu Brayan Siver olub. Digər ailə üzvlərinin yanına girməsinə icazə verilməyib.
Qeyd edək ki, “kantri musiqisinin kraliçası” 25 avqustda 80 yaşında qısa müddət davam edən xərçəng xəstəliyindən sonra vəfat edib. Parton xəstəliyini son günlərinə qədər pərəstişkarlarından, hətta bəzi qohumlarından gizlədib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 Sentyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















