Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Son zəng də fərqli geyimlərə qadağa qoyulacaq? AÇIQLAMA

Son zəng də fərqli geyimlərə qadağa qoyulacaq? AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

“Son zəng” tədbirlərində məktəblilərin geyim forması məsələsi cəmiyyətin və təhsil ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevrilib. Bəzi valideynlər və şagirdlər bu günü fərqli geyimlərlə qeyd etməyi “yadda qalan an” kimi görür, digərləri isə məktəbin ciddi və təlim-tərbiyə yönümlü mühitinə uyğun olaraq, rəsmi məktəbli formasında keçirilməsini zəruri hesab edir.

Bu ziddiyyətin hüquqi, pedaqoji və ictimai əsaslarını təhlil etdikdə aydın olur ki, məsələ təkcə estetik və fərdi seçim deyil, təhsil siyasətində ardıcıl yanaşma və mədəniyyət məsələsidir.

Bəs “Son zəng”də məktəblinin geyimi necə tənzimlənməlidir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasında ümumtəhsil məktəblərində geyim məsələsi hüquqi normativ sənədlərlə tənzimlənir.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 24 dekabr 2010-cu il tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində şagirdlərin geyim forması haqqında Qaydalar”ın 1.3-cü bəndinə əsasən, bu qaydalar ümumtəhsil müəssisələrində şagirdlərin təlim-tərbiyə prosesində geyim formasını tənzimləyir və məktəb forması ilə təchizat valideynlər tərəfindən həyata keçirilir.

Həmin sənədin 2.1-ci bəndində isə qeyd olunur ki, məktəbli geyimi sadə, təmiz, səliqəli olmalı, hər cür dəbdəbədən uzaq və şagirdin yaşına uyğun olmalıdır. Bu, məktəb formasının yalnız dərs prosesinə deyil, təhsil müəssisəsinin təşkil etdiyi bütün rəsmi tədbirlərə, o cümlədən “Son zəng” kimi mərasimlərə də aid olunduğunu göstərir.

Ekspert qeyd edib ki, Elm və Təhsil Nazirliyi hər il may ayında məktəblərə göndərdiyi tövsiyə xarakterli məktublarda “Son zəng” tədbirlərinin məktəb daxilində, sadə, etik və təhsil mühitinə uyğun təşkil olunmasını vurğulayır:

“2024-cü ilə dair müvafiq sənəddə də qeyd olunur ki, tədbirin pedaqoji məzmunu qorunmalı, məktəbli geyimi ilə iştirak tövsiyə edilməlidir. Bu o deməkdir ki, məktəb rəhbərliyi tədbirin təşkilində bu tövsiyəni əsas tutaraq müəyyən daxili qərarlar qəbul edə bilər və bu qərarlar hüquqi baxımdan inzibati deyil, təşkilati xarakter daşıyır. Lakin bu, şagirdlərin tədbirə qeyri-rəsmi geyimdə qatılmasını qadağan etmək üçün hüquqi sanksiya yaratmır. Yəni qadağa yox, pedaqoji yanaşma və kollektiv etik normalar əsasında idarə olunmalıdır. Bu məsələdə məktəblərin qərar vermə səlahiyyəti onların daxili qaydaları ilə müəyyən olunur. “Ümumi təhsil haqqında” Qanunun 14.3-cü maddəsinə əsasən, təhsil müəssisəsi öz daxili nizam-intizam qaydalarını, tədbirlərin təşkil prinsiplərini və şagird davranışını tənzimləyə bilər. Əgər məktəbin Pedaqoji Şurası əvvəlcədən qərar qəbul edibsə və valideyn-şagird icması bu barədə vaxtında məlumatlandırılıbsa, bu halda məktəbin tədbirin məktəbli formasında keçirilməsinə dair tələbi idarəetmə hüququ çərçivəsində əsaslandırıla bilər. Amma bu qərar istisnasız tətbiq olunmamalı, fərdi hallara, mədəni fərqlərə və sosial vəziyyətə həssas yanaşma təmin edilməlidir”.

K.Əsədovun fikrincə, bu məsələdə bir sıra müsbət və mənfi hallar var:

“Müsbət tərəf ondan ibarətdir ki, məktəbli forması tədbirin məktəb mühiti və rəsmi simvolikasını qoruyur. Formanın olması sosial status fərqini azaldır, həmçinin bu günün mənəvi dəyərinə uyğun kollektiv vizual intizam yaradır. Eyni zamanda, “Son zəng” təkcə bayram deyil, məktəbdən ayrılarkən cəmiyyətə daxil olan bir fərdin məsuliyyətli, intizamlı obrazını simvolizə edir. Bu da formanın simvolik funksiyasını gücləndirir. Bununla yanaşı, forma hər hansı kommersiyaya əsaslanmır və ailələr üçün əlavə geyim xərci yaratmadan uşaqların tədbirdə iştirakını təmin edir.

Mənfi tərəf isə ondadır ki, bəzi məktəblərdə bu tələblər qeyri-formal və zorlayıcı şəkildə tətbiq olunur. Məktəbin yazılı qərarı və rəsmi əsas olmadan müəllimlər və direktor müavinləri tərəfindən şagirdlərə sərt təzyiqlər göstərilməsi, şagirdlərin tədbirə buraxılmaması və ya ictimai şəkildə rüsvay edilməsi hüquqi baxımdan qəbuledilməzdir və “Təhsil haqqında” Qanunun 9.1.6-cı maddəsində göstərilən “şəxsi ləyaqətin qorunması hüququna” ziddir. Həmçinin, forma məsələsində sərtlik şagirdlərin tədbirə münasibətini mənfi təsirləyə, bu günü psixoloji gərginliklə yadda saxlamalarına səbəb ola bilər”.

Mütəxəssis nəzərə çatdırıb ki, beynəlxalq təcrübədə bu məsələ müxtəlif yanaşmalarla həll olunur:

“ABŞ-də “graduation” tədbirləri məktəbin təşkil etdiyi xüsusi mantiyada baş tutur, fərdi geyimə icazə verilmir, amma bu forma məktəb tərəfindən təmin olunur. Bu həm kollektiv vizual identiklik yaradır, həm də əlavə sosial xərclərin qarşısını alır. Yaponiyada məktəbli forması gündəlik həyatın bir hissəsidir və son tədbirdə də dəyişmir. Finlandiya kimi ölkələrdə isə forma anlayışı yoxdur, lakin etik, zövqlü və nümayişkarlıqdan uzaq geyim mədəniyyəti təşviq olunur. Türkiyədə isə son illərdə forma azadlığı mövcuddur, amma tədbirlərin məktəbdə keçirilməsi əsas prinsip kimi qorunur və “tədbir məktəb mədəniyyətinin son təcəssümüdür” prinsipi önə çəkilir”. Ekspert sonda vurğulayıb ki, məktəblər bu tədbirin təhsil mühiti, kollektiv etika və simvolik dəyəri baxımından formasız keçməsini istəməyə haqlıdır: “Lakin bu tələb sanksiya ilə deyil, dialoq və əvvəlcədən razılaşdırılmış qaydalarla tətbiq olunmalıdır. Əgər məktəblər bu qərarı kollektiv şəkildə və valideyn-şagird birliyi ilə razılaşdıraraq qəbul etsə, bu, təkcə geyim deyil, təhsil mədəniyyətində intizam və harmoniya nümunəsinə çevrilə bilər. Əgər bu tələblər zorla və izahat verilmədən tətbiq olunarsa, bu, təhsilin əsas prinsipi olan hörmət, qarşılıqlı etimad və şəxsiyyət yönümlü yanaşma ilə ziddiyyət təşkil edər. Təhsil formadan yox, dəyərlərdən başlanır – forma isə o dəyərlərin vizual ifadəsidir”.

Firuzə Əliyeva

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 May 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri