Icma.az
close
up
RU
Son zəng də təhlükəli seçim: kirayə avtomobillər cinayət riskini artırır XƏBƏRDARLIQ

Son zəng də təhlükəli seçim: kirayə avtomobillər cinayət riskini artırır XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

“Son zəng” ərəfəsində ortaya çıxan əsas problemlərdən biri məzunların avtomobil kirayə götürərək şəhərdə təhlükəli şəkildə hərəkət etməsidir. Bir çox gənc bu günü daha “yaddaqalan” etmək üçün təcrübəsiz halda lüks və ya yüksək sürətli avtomobilləri icarəyə götürür və bu da yol hərəkəti qaydalarının pozulması riskini artırır.

Nəticədə, sürət həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə etməmək və nəqliyyat vasitəsinə nəzarətsiz davranışlar kimi hallar tez-tez müşahidə olunur. Bu isə həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükə altına qoyur. Bundan əlavə, bəzi hallarda avtomobillərin bir neçə nəfər tərəfindən idarə edilməsi və ya icazəsiz dəyişdirilməsi də ciddi hüquqi və təhlükəsizlik problemləri yaradır.

Ümumilikdə, “Son zəng” sevincinin faciə ilə nəticələnməməsi üçün bu prosesə həm valideynlərin, həm də məktəb və hüquq-mühafizə orqanlarının daha ciddi nəzarəti vacib hesab olunur.

Bəs şirkətlərinin sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil kirayə etmək hüququ varmı? Sürücülük vəsiqəsi olmayan şəxs üçün avtomobil kirayə götürüldüyü və nəticədə hər hansı problem və ya qəza baş verdiyi halda, kirayəni rəsmiləşdirən şəxsi hansı cəza gözləyir?

Mövzu ilə bağlı vəkil Roman Qaraşov Redaktor.az-a açıqlamasında bildirdi ki, "Yol hərəkəti haqqında" qanunun 35-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək üçün həmin nəqliyyat vasitəsinin aid olduğu kateqoriyaya uyğun sürücülük vəsiqəsinin olması tələb olunur:

“Avtomobil kirayəsi xidməti göstərən subyektlərin, bu tələblərə zidd olaraq, sürücülük vəsiqəsi olmayan şəxsə nəqliyyat vasitəsini icarəyə verməsi Mülki Məcəllənin 700–708-ci maddələri ilə tənzimlənən icarə müqaviləsinin məqsədinə və ictimai qaydaya ziddir. Şirkət nəqliyyat vasitəsini yüksək təhlükə mənbəyi kimi idarəetmə hüququ olmayan şəxsə təqdim etməklə “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmuş olur. Bu hal İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi olmayan şəxsə idarəetməyə verilməsinə görə inzibati məsuliyyətin tətbiqinə əsas yaradır. Həmçinin, bu cür hərəkətlər sahibkarlıq fəaliyyəti çərçivəsində müştəri təhlükəsizliyinin təmin olunmaması kimi qiymətləndirilə bilər və şirkətin mülki məsuliyyətini, eləcə də bağlanmış icarə müqaviləsinin etibarsız sayılmasını şərtləndirə bilər.”

Həmsöhbətimiz vurğuladı ki, sürücülük vəsiqəsi olmayan şəxs üçün avtomobili rəsmi qaydada icarəyə götürən şəxsin hüquqi məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə birbaşa müəyyən edilir:

“Nəqliyyat vasitəsinin idarəetmə hüququ olmayan şəxsə verilməsi inzibati cərimə ilə nəticələnir. Əgər bu hərəkət yol-nəqliyyat hadisəsinə səbəb olarsa, İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinin tələbləri tətbiq oluna bilər. Mülki-hüquqi müstəvidə isə Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi (və ya onu idarə edən şəxs) dəymiş zərərə görə məsuliyyət daşıyır. Sığorta şirkətləri isə “İcbari sığortalar haqqında” Qanuna istinad edərək, sürücünün vəsiqəsinin olmaması səbəbindən sığorta ödənişindən imtina edə bilər və bu halda zərərin ödənilməsi yükü birbaşa avtomobili icarəyə götürən şəxsin üzərinə düşə bilər. Hadisə zamanı insan ölümü və ya sağlamlığa ağır zərər dəyərsə, Cinayət Məcəlləsinin 263-cü və ya 264-cü maddələri üzrə istintaq zamanı avtomobili bilərəkdən sürücülük vəsiqəsi olmayan şəxsə etibar edən şəxsin hərəkətləri cinayətin subyektiv tərəfi baxımından ağırlaşdırıcı hal kimi qiymətləndirilə bilər.”

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyun 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri