Şonqar sakinləri yeni məktəb istəyirlər Bakı Təhsil İdarəsindən REAKSİYA
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Qaradağ rayonunda yerləşən Şonqar qəsəbəsinin sakinləri yaşayış məntəqəsində məktəbin olmamasından narazıdırlar.
Modern.az mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, Şonqar qəsəbəsində yeni təhsil müəssisəsinin tikilməsi ilə bağlı əraziyə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb və ilkin məlumatlar toplanıb.
Qeyd edilib ki, paytaxt ərazisindəki yaşayış məntəqələrində əhali sıxlığı müşahidə edilən və ehtiyac duyulan yerlərdə yeni məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin tikintisi davamlı olaraq həyata keçirilir. Əhalinin sıxlığı və artım tempi nəzərə alınaraq, gələcəkdə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə Şonqar qəsəbəsində yeni təhsil müəssisəsinin tikilməsi məsələsi müzakirə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 11 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















