Şortik diplomasiyası: Tokio tövsiyə edir, Bakı qadağan edir
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaponlar bunu kefdən etmirlər. Onların illərdir tətbiq etdiyi "Cool Biz" kampaniyası var. Məqsəd kondisionerlərin dərəcəsini aşağı salıb enerji sərfiyyatını azaltmaqdır. Yəni Yaponiya dövləti deyir: "Qalstuk taxıb otağı buzxanaya çevirməkdənsə, şort geyinin, təbii sərinləyin". Bu, həm iqtisadiyyata, həm də ekologiyaya xidmət edən rasional bir yanaşmadır.
Azərbaycanda isə şortik məsələsi hələ də estetik və ya iqlim ehtiyacı kimi deyil, bir "əxlaq" və ya "ciddiyyət" meyarı kimi qəbul olunur. 40 dərəcə Bakı istisində rəsmi idarəyə şalvarda getmək məcburiyyəti insanı işdən çox, tərləməyə və əsəbə kökləyir. Bəzi yerlərdə isə bu qadağa o qədər absurd həddə çatır ki, insan özünü 21-ci əsrdə deyil, orta əsrlərin geyim kodeksində hiss edir.
Tokio bələdiyyəsinin işçisi şortda olanda onun göstərdiyi xidmətin keyfiyyəti aşağı düşmür. Amma bizdə belə bir təsəvvür var ki, şalvar geyinən məmur daha "ciddi" və "işbiləndir". Əslində isə, komfortlu hiss edən işçi daha məhsuldar olur. İstidən beyni dumanlanan, təngnəfəs olan birindən keyfiyyətli xidmət gözləmək nə dərəcədə məntiqlidir?
Bir tərəfdə rasionallığı və ekologiyanı düşünən Yaponiya, digər tərəfdə isə "görünüş hər şeydir" deyib 40 dərəcədə kostyuma bürünən, yaxud vətəndaşı şortikdədir deyə qapıdan qaytaran bizim reallıq. Görünür, biz hələ də ciddiyyəti insanın geyimində, yaponlar isə onun işində axtarırlar.
Yəqin ki, bir gün biz də anlayacağıq ki, müasirlik şortik geyinmək deyil, müasirlik insanın rahatlığını və təbiəti protokollardan üstün tutmağı bacarmaqdır.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 Aprel 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















