Icma.az
close
up
RU
“Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” pilot layihəsi üzrə qeydiyyat başa çatıb

“Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” pilot layihəsi üzrə qeydiyyat başa çatıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 noyabr, Nailə Həsənova, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində reallaşdırılan “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” pilot layihəsi üzrə qeydiyyat prosesi başa çatıb və hazırda uyğun şəxslərin müəyyənləşdirilməsi məqsədilə müraciətlərin təhlili aparılır.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, bir müddət əvvəl “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” pilot layihəsinə başlanıb. Pilot layihə işsiz və ya işaxtaran şəxslərin istehsal və xidmət sahələri üzrə məşğulluq imkanlarını artırmaq, o cümlədən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluğunu təmin etmiş şəxslərin bizneslərini inkişaf etdirmələrinə dəstək məqsədi daşıyır. Layihə ilkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edir.

Layihədə iştirak üçün proqram iştirakçılarına dair tələblər aşağıdakılar olub:

* Özünüməşğulluq proqramı çərçivəsində qurduğu təsərrüfatı son bir il ərzində fəaliyyətdə olan;

* Müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan (bununla bağlı müvafiq vergi orqanından alınmış arayış müraciətə əlavə edilməlidir)”,-deyə məlumatda bildirilib.

Vurğulanıb ki, qeyd edilən meyarlara cavab verən 50 benefisiar seçiləcək və onların işə qəbul etdikləri işçilərin əməkhaqqı və ona bağlı icbari ödənişlərinin ilk 3 ayda tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” tərəfindən ödəniləcək.

Pilot layihənin nəticəsindən asılı olaraq, növbəti mərhələdə bütün ölkəni, həmçinin işğaldan azad olunmuş əraziləri də əhatə etməsi planlaşdırılır.

Xatırladaq ki, “Məşğulluğa Dəstək Layihəsi” artıq 5 ildir Dünya Bankının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramını genişləndirmək və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına dəstək göstərməkdir. Layihə çərçivəsində işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaradılır. “Məşğulluğa Dəstək Layihəsi”ndə işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər iştirak edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri