Icma.az
close
up
RU
Sosial media fenomeni Oğuzhan Uğur məhkəmə qarşısında Xəbər saytı Son xəbərlər və Hadisələr

Sosial media fenomeni Oğuzhan Uğur məhkəmə qarşısında Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Türkiyədə 6 fevral 2023-cü il tarixində baş verən dağıdıcı zəlzələlərdən sonra sosial media fenomeni Oğuzhan Uğur və komandası "Babala TV" hesabından paylaşdıqları məlumatlara görə ittiham olunur.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, iddialara görə, zəlzələ bölgəsində "barajın çatladığı və təhlükə yaratdığı" haqda yayılan məlumatların ardınca Uğur haqqında hüquqi araşdırma başladılıb.

İstanbul 46-cı Asliye Cəza Məhkəməsində keçirilən ilk məhkəmə iclasında Oğuzhan Uğur və digər iki şəxs - Kaan Kayacan və Ercan Özdemir "xalqı yanıltıcı məlumat yayma" ittihamı ilə hakim qarşısına çıxıblar. Təqsirləndirilən şəxslərdən Ercan Özdemir öz ifadəsində yalnız çağrı mərkəzində çalışdığını və heç bir tweet paylaşmadığını bildirib. Kaan Kayacan isə tweeti atdığını xatırlamadığını, paylaşımlar zamanı çox sayda könüllü ilə birlikdə yüklü iş rejimində çalışdıqlarını qeyd edib.

Oğuzhan Uğur isə öz müdafiəsində zəlzələ bölgəsində yardımlar təşkil etdiklərini, paylaşmaların məqsədinin yalnız insanlara yardım etmək olduğunu bildirib. O, sözügedən tweetin komandası tərəfindən təsdiqlənmədiyini və silindiyini vurğulayıb. Uğur əlavə edib ki, infial yaratmaq istəsəydi, daha çox izləyicili şəxsi hesabından paylaşım edərdi.

Məhkəmədə iştirak edən şikayətçilərdən biri bu paylaşımın zəlzələ bölgəsində yardımların dayandırılmasına səbəb olduğunu bildirib. Şikayətçilərdən digəri isə həmin məlumatın İHH Arama-Kurtarma komandasının işini üç saat ləngitdiyini qeyd edib.

Babala TV-nin digər işçiləri isə həmin paylaşımın TV tərəfindən deyil, digər mənbələr tərəfindən manipulyasiya edildiyini və ekran görüntüsünün dəyişdirilərək yayıldığını iddia ediblər.

İddianaməyə görə, Oğuzhan Uğur və komandası tərəfindən yayılan təsdiqlənməmiş məlumat zəlzələ bölgəsində qarışıqlığa səbəb olub. Məhkəmə əlavə araşdırmaların aparılması və şahidlərin dindirilməsi üçün iclası növbəti tarixə təxirə salıb.

Bu proses sosial media vasitəsilə yayılan məlumatların cəmiyyətə təsirini və onların qanun qarşısında məsuliyyətini bir daha gündəmə gətirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri