“Sosial paketlər hökumətin niyyətinin ən bariz göstəricisidir”
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda əhalinin təxminən 40 %-ni əhatə edən sosial paketlər hökumətin niyyətinin ən bariz göstəricisidir.
Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“4 milyon insanı əhatə edən sosial paketlər dövlət başçımızın sosial siyasətinin ən böyük göstəricisidir. Şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına qayğı ölkə prezidentinin daim diqqətindədir. Ən böyük dəstək bizə tarixi zəfərimizi qazandıran ordumuzun mənsublarıdır. İlk növbədə şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına yönəldilmiş proqramlar var. 106 min şəxs sosial ödəniş təyin olunub”, – o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 27 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















