Sosial şəbəkələr üzərində işimizi necə quraq?
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
"Sosial platformalar vasitəsilə məhsul və ya xidmətlərimizi birbaşa hədəf auditoriyasına təqdim etmək mümkündür. Hədəfli reklam və müxtəlif tanıtım alətləri bu məqsədlə istifadə oluna bilər".
Bu fikirləri "Yeni Azərbaycan"a açıqlamasında marketinq üzrə mütəxəssis Leyla Rüstəmova deyib. Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdən yalnız biznes üçün deyil, həm də hər hansı bir sahədə peşəkar inkişaf üçün istifadə etmək də olar:
Sosial şəbəkələr bizə yeni bir səviyyəyə yüksəlmək imkanı yaradır. Ənənəvi biznesə yüksək məbləğdə maliyyə qoyduğumuz zaman, nəticələrin də yüksək olması üçün diqqətli olmaq lazımdır. Qeyd edim ki, uğurlu brend qurmaq üçün vacib məqamlardan biri də düzgün məzmun yaratmaqdır".
Bunun mənfi cəhətlərinə gəldikdə isə L.Rüstəmova bildirib ki, biznesi qeyri-şəffaf aparmaq xoşagəlməz hallarla nəticələnə bilər. Bu da tez bir şəkildə yayılan proses olduğunda müştərilərin etibarını itirməsinə gətirib çıxarır.
Havar Şəfiyeva
Baxış sayı:87
Bu xəbər 30 Yanvar 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















