Icma.az
close
up
RU
Sosial şəbəkələr və məhv olan ənənəvi dəyərlər Şərh

Sosial şəbəkələr və məhv olan ənənəvi dəyərlər Şərh

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə tək yaşamağa meylin artması ailə və sosial münasibətlərdə də müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Gənclərin təhsil və karyeraya daha çox üstünlük verməsi, iqtisadi çətinliklər və şəxsi azadlıq istəyinin güclənməsi ailə qurmaq qərarına təsir edən əsas amillər sırasında göstərilir.
Bəs insanların tək yaşamağa üstünlük verməsinin əsas səbəbləri nələrdir? Ailə qurmağa marağın azalması cəmiyyətdə hansı sosial və demoqrafik dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev bildirib ki, bazar münasibətləri şəraitində, kapitalist cəmiyyətində təklik, tənhalıq, özgələşmə, yadlaşma, guşənişinlik cəmiyyətdə əsas həyat tərzinə çevrilir.
Onun sözlərinə görə, sosial xarakterdə də bu çalarlar üstünlük təşkil edir, xüsusilə indiki halda insanlararası kolliziyalar və münaqişələr, ailə institutunda baş verən təbəddülatlar, boşanmaların artması, münaqişəli ailələrin çoxalması və bu məsələlərin sosial şəbəkələrdə, mediada gündəmə gətirilməsi insanları diksindirir, qorxudur və çəkindirir:
“İnsanlar bu halları yaşamaq istəmirlər. Yəni bu halları yaşayanlar bir daha belə vəziyyətlə qarşılaşmaq istəmirlər.
Qədim yunan filosoflarından birindən soruşurlar ki, ailə qurmaq, evlənmək yaxşıdır, yoxsa evlənməmək? O bildirir ki, hər iki halda insanı peşmançılıq gözləyir. Yəni bu, təkcə bu günün mövzusu deyil. Bəşərin mövcud olduğu dövrdən etibarən bu məsələ həmişə müzakirə obyektinə çevrilib.
İndiki halda da münaqişəli ailələrin sayının çoxalması, boşanmaların artması və ailədaxili kolliziyalar, bu münaqişələr şəraitində böyüyən uşaqların və travmalı uşaqların reallığı insanları tək yaşamağa, tənha yaşamağa təşviq edir. Çünki insanlar qorxurlar, düşünürlər ki, onlar da belə halları yaşaya bilərlər.
Əlbəttə ki, bu, çox pis bir tendensiyadır və cəmiyyətin əsas sosial problemlərindən birinə çevrilə bilər. Ona görə də maksimum çalışmaq lazımdır ki, cəmiyyətdə ailə dəyərləri təbliğ olunsun, birgə yaşayış təşviq edilsin, sosial münasibətlər və sosiallıq gücləndirilsin.
Yaxşı ki, bəzi televiziya kanallarında ailə dəyərlərini, ailə institutunu təbliğ edən və təşviq edən sosial reklam çarxları var. Bu, davamlı olmalı və artırılmalıdır. Mediada buna xüsusi yer verilməlidir. Hansısa sosial şəbəkə fenomeninin və ya bəzi bloggerlərin ailə dəyərlərini dağıdan, təkliyi, tənhalığı, eqoist və hedonist həyat tərzini təbliğ edən çağırışlarına önəm verilməməlidir. Bunların qarşısını almaq lazımdır.
Məncə, bunların qarşısı alınarsa, cəmiyyətdə ailə dəyərləri təbliğ olunarsa, bu, təkliyə olan meyli azaldacaq, insanlar daha sosial olacaq, qeyri-sosial və guşənişin bir həyat sürməyəcəklər”, – deyə sosioloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Avqust 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri