Icma.az
close
up
RU
Sosial şəbəkələrdə MARKETİNQ OYUNU Məhsulun qiyməti niyə dövlət sirri kimi GİZLƏDİLİR?

Sosial şəbəkələrdə MARKETİNQ OYUNU Məhsulun qiyməti niyə dövlət sirri kimi GİZLƏDİLİR?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə geniş yayılmış və istifadəçilərin çox zaman narazılığına səbəb olan  problemlərdən biri istənilən sahədə satışla bağlı paylaşımlarda qiymətin açıq şəkildə göstərilməməsidir. Hər birimizin qarşısına çıxan və qiymətlə maraqlandıqda “+” işarəsi tələb olunan bu marketinq taktikası çoxumuzun da deyinməsinə səbəb olur.

“Qiymət deyəsən dövlət sirridir” tipli etiraz şərhlərini də mütəmadi olaraq görmək mümkündür. Bu, ilk növbədə maraq oyatmağa hədəflənib. Satıcılar qiyməti gizlədərək maraqlanan şəxsin birbaşa mesaj yazmasına və ya əlaqə saxlamasına nail olmaq istəyir və çox zaman da hədəfinə çatır.

News24.az Bizim.Media-ya istinadən xəbər verir ki, Marketoloq Malik Səfərov bildirib ki, sosial şəbəkədə xüsusi mexanizmlərlə alıcının diqqətini çəkmək üsulları marketinq fəaliyyətinin müəyyən bir hissəsini təşkil edir.

Bu üsulla pulu olmayan da qiymətlə maraqlanır

“Bu, təkcə bir qrup insanların deyil, həm də sosial motivasiya edərək dijital metodlarla ətrafdakı insanların da diqqətini cəlb etməkdir. Bu zaman cəlb olunan adamların başqa tanışlarını da bu istiqamətə yönləndirilməsi mümkün olur. Sosial mediada reklamın təşkil olunmasının əsas məqsədi bundan ibarətdir. Ümumiyyətlə sosial şəbəkələrin reklam gücü hər kəsə məlumdur. Məsələn, avtomobil reklamını və satış təklifini elə cazibəli edə bilərlər ki, pulu olmayan adam da qiymətlə maraqlana, yaza bilər”.

Ekspert deyir ki, sosial media reklamı, hədəf auditoriyasının böyük hissəsinə çatmaqda və müştərilərlə əlaqə qurmaqda ənənəvi reklamdan üstündür. Həm də sosial media reklamları vizual olaraq cəlbedicidir. İstər şəkil, istər video formatda dərhal diqqəti cəlb edir. Burada istifadə olunan başlıq xüsusi effektiv gücə malikdir. Bundan başqa, “indi alış-veriş edin, daha çox qazanın”, “ətraflı məlumat əldə etmək üçün əlaqə saxlayın”, “yararlanmaq üçün qeydiyyatdan keçin” kimi CTA-lar (Call-To-Action – izləyicini hərəkətə keçməyə həvəsləndirən xəbərdarlıq) əhəmiyyətli dərəcədə təsir göstərə bilir.

Qiymətin gizlədilməsi alıcıya görə dəyişə bilərmi?

M.Səfərov qiymətin alıcıya görə fərqli təklif olunmasını qeyri-peşəkarlıq hesab edir.

“Alıcının məlumatlı və ya naşı olduğunu müəyyənləşdirib buna uyğun qiymət təklif olunması qeyri-rəsmi satışlarda, yaxud kiçik, fərdi bizneslərdə ola bilər. Yəni brendinə, fəaliyyətinə hörmət edən şirkət belə addım atmaz. Bəzən rəqabətdən qorunmaq üçün də qiymət fərdi olaraq deyilir. Yəni rəqib şirkətin eyni məhsulu daha ucuz qiymətə təqdim etməsinin qarşısını almaq üçün qiymət açıq qoyulmur”.

Qiymət gizlədilməsinin vergidən yayınmaqla əlaqəli ola biləcəyi ehtimalına gəlincə, ekspert bildirir ki, qiyməti açıq deyil, yalnız şəxsi mesajla aparmağın vergidən yayınmağa hesablanması ağlabatan deyil. Çünki onsuz da satışdan vergi ödənilir. İstənilən halda qiymətin açıq şəkildə göstərilməsi daha şəffaf və etibarlıdır.

Qeyd edək ki, bir çox Avropa ölkələrində sosial platformada məhsul reklamlarının qiymətinin açıq göstərilməsi məcburidir. Əks təqdirdə, bu, istehlakçının aldadılması və qeyri-şəffaf ticarət praktikası kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyul 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri