Icma.az
close
up
RU
Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Mütəxəssislər “Sosial şəbəkələrdə təhlükəsizlik məsələsi”ndən danışarkən iki əsas anlayışı fərqləndirirlər. Bunlardan biri “texniki təhlükəsizlik”, digəri isə “məzmun təhlükəsizliyi”dir.

• “Texniki təhlükəsizlik” anlayışı sosial şəbəkələrdən istifadə zamanı şəxsi məlumatların, şifrələrin, cihazların və sistemlərin kiber təhdidlərdən qorunmasını nəzərdə tutur.
• “Məzmun təhlükəsizliyi” isə sosial şəbəkələrdə yayılan məlumatların, paylaşımların və müzakirələrin kontent baxımından təhlükəsizliyini nəzərdə tutur. “Məzmun təhlikəsizliyi” məsələsində əsas diqqət informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınmasına yönəlir ( https://en.wikipedia.org/wiki/Information_security ).

Sosial şəbəkələrdə təhlükəsizlik bu 2 komponentin birlikdə təmin olunması ilə mümkün sayılır. O baxımdan, sosial media mütəxəssisləri istifadəçilərə tövsiyə edirlər ki, hər iki istiqamət üzrə müəyyən bilgilərə sahib olsunlar, təhlükəsizlik təlimatlarını öz hesablarında tətbiq etsinlər.

Sosial şəbəkələr üzrə əsas kiber təhdidlər

Sosial media mütəxəssisi Jonas Walker özünün Sosial şəbəkələrdə təhlükəsizlik və məxfilik üçün 7 ən yaxşı təcrübə” adlı əsərində istifadəçilərin tez-tez rastaşdıqları əsas kiber təhdidlərin təsnifatını verib ( https://www.fortinet.com/blog/industry-trends/7-best-practices-for-social-media-security-and-privacy ).

Onun təqdimatına görə:

• Sosial mühəndislik hücumları insanların emosiya və davranışlarından istifadə etməklə onları manipulyasiya edilməsinə hesablanır. Hücumçular əvvəlcə “qurban” haqqında məlumat toplayır, bu məlumatdan istifadə edərək etibar qazanır, sonucda hədəfə zərbə vururlar. Sosial medianın açıq təbiəti bu cür hücumların asanlıqla həyata keçirilməsinə şərait yaradır.
• Fişinq hücumları adətən, e-poçt və ya onlayn mesajlar vasitəsilə həyata keçirilir. Cinayətkarlar istifadəçiləri saxta linklərə klikləməyə və ya zərərli əlavələri / qoşmaları açmağa sövq edirlər. Sosial media üzərindən yaradılan saxta əlaqələr qurbanlarda etibar hissini artırdığı üçün, belə hücumlar daha təsirli olur.
• Zərərli proqramlar sosial şəbəkə hesablarında paylaşıldıqda virusların, troyanların, casus proqramlarının və digər zərərli tətbiqlərin yayılmasına səbəb ola bilirlər. Bu proqramlar məlumat oğurlamaq, cihazlara nəzarət etmək və ya sistemlərə zərər vurmaq üçün istifadə edilirlər.
• Brendin təqlidi: Cinayətkarlar bəzən tanınmış şirkət və şəxslərin adından istifadə edərək, istifadəçiləri aldatmağa çalışırlar. Bu, həm qurbanların şəxsi zərər görməsinə, həm də təqlid edilən brendin reputasiyasına mənfi təsir göstərir.
• “Catfishing” (saxta şəxsiyyət yaratmaq) sosial mediada geniş yayılmış təhdidlərdəndir. Cinayətkarlar oğurlanmış məlumat və şəkillərdən istifadə edərək, saxta hesablar yaradır, insanlarla ünsiyyətə girərək onları aldatmağa, şəxsi fayda əldə etməyə çalışırlar.

Kanada Məxfilik Müvəkkili Ofisi (OPC of Canada) “Sosial şəbəkələrdə təhlükəsiz olmaq üçün bu şərtləri tətbiq edin” adlı təlimatında qeyd edir ki, kiber cinayətkarların istifadə etdikləri metodlar getdikcə mürəkkəbləşir: “Onlar əvvəllər daha çox parol oğurluğu və sadə “spam” hücumları ilə kifayətlənirdilərsə, bu gün süni intellekt əsaslı hücum alətlərindən, zərərli bot şəbəkələrindən (botnetlər) və sosial mühəndislik strategiyalarından geniş istifadə edirlər. Təhlükəsizlik texnologiyaları inkişaf etdikcə, hakerlər də öz taktikalarını uyğunlaşdıraraq, yeni sındırma üsulları yaradırlar”. OPCC təklif edir ki, sosial media şirkətləri daim yenilənən effektiv siyasət yürütsünlər, yeni təhlükəsizlik prosedurları hazırlasınlar.

( https://www.priv.gc.ca/en/privacy-topics/technology/online-privacy-tracking-cookies/online-privacy/social-media/02_05_d_74_sn/).

OPCC-nin təlimatına əsasən, süni intellekt vasitəsilə şübhəli davranış modelləri daim izlənilməli, istifadəçilərin maarifləndirilməsi (sosial şəbəkə istifadəçilərinin şübhəli linklərə klikləməməsi, şəxsi məlumatları paylaşmaması və təhlükəsizlik parametrlərindən düzgün istifadə etməsi) fasiləsiz olaraq həyata keçirilməli, çoxmərhələli autentifikasiya (Two-Factor Authentication) vərdişləri formalaşdırılmalı, platformadaxili nəzarət (saxta profillərin və dezinformasiya mənbələrinin vaxtında aşkarlanması) gücləndirilməlidir.

"Technote Media” Şirkətinin təsisçisi, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünasın fikrincə, sosial media hesablarının təhlükəsizliyi üçün təməl qayda olaraq 2FA adlandırılan ikimərhələli təsdiq girişləri aktivləşdirilməlidir: “Əksər istifadəçilər bu prosesi telefon nömrəsi üzərindən edirlər. Məsləhətim budur ki, istifadəçilər daha dərin təhlükəsizlik naminə nömrədən asılılığı azaltsınlar, authenticator tətbiqlərindən istifadə etsinlər. Məsələn, “Google” və “Microsoft” authenticator həlləri 2FA üçün nömrə alternativi rolunu onayır. Sistem tərəfindən yaradılan avtomatik yenilənən kodlar sayəsində fiziki nömrə asılılığı olmadan hesablar üçün 2FA təmin etmək mümkündür. Bundan başqa, daha üst səviyyəli təhlükəsizlik üçün FIDO2/U2F açarlarının istifadəsi məsləhət görülür. Bu fiziki açarlar sayəsində hesablar bir növ USB və NFC dəstəkli fiziki açarlarla qorunmuş olurlar. Müxtəlif brendlərin istehsalı olan FIDO2/U2F açarları real mənada USB formalı fiziki açardır və onların qoşulu olmasa hesablara kənar müdaxilənin qarşısını alır”.

Bu təlimatları yerinə yetirməklə sosial şəbəkə hesablarının təhlükəsizliyini tam təminat altına almaq mümkündürmü? Yoxsa, əlavə risklər vardır? Fərid Pərdəşünas deyir ki, tam qorunmanı təmin etmək üçün istifadəçilər mütləq şəkildə kibergigyenik qaydaları da öyrənməlidirlər. Ayıq-sayıq davranmalı, fişinq qurbanı olmaqdan yayınmalıdırlar: “İstifadəçilər tərəfindən 2FA təsdiq kodlarının başqaları ilə bölüşülməsi, açarların paylaşılması, kompüter və telefonlarda pirat tətbiqlərdən istifadə edilməsi hesabları risk altında saxlayır. Yəni, kibergigiyenik qaydalara əməl ediləmədən, qorunma tətbiqləri heç bir əhəmiyyət daşımır”.

Hər iki proseduru keçməsinə rəğmən,istifadəçi növbəti mərhələdə yenə də təhlükə ilə rastlaşarsa, onda nə etməlidir? Sosial media hesabının qorunması üzrə təməl qaydaları bilən şəxslər “texniki təhlükəszilik” sahəsində problemlərlə üzləşərkən, ilk növbədə hansı addımları atmalıdırlar? Hara və ya kimə müraciət etməlidirlər?

Fərid Pərdəşünas deyir ki, hesabları oğurlanan şəxslər dərhal hesablarına bağlı olan xilasetmə mail və nömrələrindən istifadə etməklə, sorğular yaratmalı, hesaba giriş üçün şifrə bərpa əməliyyatlarını icra etməlidirlər: “Əgər bu hal mümkün olmasa, sosial platformanın dəstək xidməti ilə əlaqə yaradıb problemin təsvirini yazmalı, kiber müdaxilə ilə üzləşdiyini bildirməlidirlər”.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Sentyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see383

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see303

Rəsmi valyuta məzənnələri 29.06.2026

29 İyun 2026 09:08see298

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see236

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see228

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see218

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see209

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see205

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see202

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see201

Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ

29 İyun 2026 11:07see198

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see197

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see187

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see181

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see180

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see176

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see174

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see170

Ukrayna Krımı yeni hərbi əməliyyatlar zonasına çevirib

29 İyun 2026 08:19see162

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri