Icma.az
close
up
RU
Sosial şəbəkələrdə nələri paylaşmaq olmaz?

Sosial şəbəkələrdə nələri paylaşmaq olmaz?

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələr insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib. İnsanların bir qismi gününün böyük hissəsini informasiya mübadiləsi, ünsiyyət və özünü ifadə etmək üçün məhz bu platformalarda keçirir. Lakin sosial mediada paylaşılan hər bir məlumat təkcə şəxsi seçim deyil, həm insanın şəxsi təhlükəsizliyinə, həm də ətrafındakı insanların məxfiliyinə təsir göstərən addımdır. Buna görə də nəyi paylaşmağın doğru, nəyin isə riskli olduğunu bilmək son dərəcə vacibdir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas AZƏRTAC-a açıqlamasında sosial şəbəkələrdə nələri paylaşıb-paylaşmamaqla bağlı ümumi qəbul olunmuş standartların olduğunu vurğulayıb. Bu standartların siyahısına ilk növbədə şəxsiyyət vəsiqəsi, habelə şəxsi məlumatlar daxildir: “Burada söhbət açıq paylaşımdan gedir. Belə ki, şəxsiyyət vəsiqəsinin şəklini, sürücülük vəsiqəsinin fotosunu, bank kartı məlumatlarını, IBAN nömrələrini, hesab çıxarışlarını, mənzilin qeydiyyat ünvanını, telefon nömrəsini, şəxsi e-mail ünvanını, daxili sənədləri, özəl müqavilələri, əməkhaqqı məlumatlarını sosial şəbəkədə paylaşmaq olmaz. Çünki bunlar şəxsi məlumat hesab olunur. Bu tipli məlumatların sosial şəbəkədə paylaşılması təhlükəlidir və vətəndaş bunu edərsə, öz məlumatlarını riskə atmış olur. İkinci önəmli məsələ, başqalarına məxsus foto və videoların paylaşılmasıdır. Yəni, başqasının razılığı olmadan onun yaxın plan fotosunu, videogörüntülərini, azyaşlıların görüntülərini, gizli çəkilişləri, xəstəxanalarda, məktəblərdə, dövlət qurumlarında olan icazəsiz çəkilişləri paylaşmaq olmaz. Yəni bu kimi məlumatları paylaşarkən mütləq razılıq alınmalıdır. Eyni zamanda, müəllif hüquqlarını pozan məzmunların paylaşılması da qanunla qadağandır. Burada söhbət konkret şəxsin çəkdiyi hansısa rəsm, musiqi, foto və videodan gedir. Bunların başqası tərəfindən paylaşılması qadağandır və müəllif hüquqlarının dairəsinə düşür.

Üçüncü məsələ, qanunla qadağan olunmuş məzmunların paylaşılmasıdır. Bura nifrət nitqi, irqçilik, diskriminasiya, şiddətə və zorakı davranışlara çağırış, terrorizmi təşviq edən materiallar daxildir”.

Texnobloger eyni zamanda bildirib ki, narkotik maddələrin satışı, onlardan istifadənin təbliği, silah satışı və bu tipli məlumatların da paylaşılması qadağandır: “Bundan başqa, məhdud informasiyaların paylaşılması da qadağandır. Bura dövlətin və şirkətin sirləri, gizli sənədlər, məxfi məlumatlar, hərbi obyektlərin və kritik infrastrukturların görüntüləri daxildir. Başqa bir məsələ isə dezinformasiya və süni şəkildə manipulyativ məzmun yaratmaqla bağlıdır.

Məsələn, qəsdən yalan məlumat yaymaq, başqasının reputasiyasına zərər vurmaq üçün hazırlanmış saxta şəkil, video, başqasını aldadan danışıqlar buna daxildir. Yaxud saxta linklər, fişinqə təşviq edən saxta məlumatlar, həmçinin sui-istifadə xarakterli paylaşımlar, pornoqrafik kontent, qəddarlıq və zorakılıq səhnələri, fırıldaq və dələduzluq məqsədilə edilən paylaşımları da buna misal göstərə bilərik. Başqasının tibbi analizlərini, xəstəliyinə dair məlumatların da paylaşılması qadağandır”.

Vəkillər Kollegiyasının üzvü Vüsal Cəfərov AZƏRTAC-a açıqlamasında qeyd edib ki, qanunvericilikdə həm şəxsi məlumatlar, həm də şəxsi həyata aid sirlər və onların mühafizəsi ilə bağlı normativlər müəyyənləşdirilib: “Ancaq həmin normativlərin pozulması ilə bağlı maddənin sanksiyasına nəzər yetirdikdə, görə bilərik ki, bu hüquq normalarının əsas məqsədi məlumatların 2-ci və 3-cü şəxslərin təsirindən qorumağa yönəlib. Məsələn, Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın toxunulmazlıq hüququ təsbit olunur. Burada qeyd olunur ki, şəxsi və ailə sirri olan məlumatların, bunu əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanması cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi halları da cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, bu tip tənzimləmələr daha çox şəxsə aid olan hüquqların digər şəxslər tərəfindən müdaxiləsindən qorunmasına xidmət edir. Şəxsin özünün şəxsi məlumatlarının mediada və sosial şəbəkələrdə paylaşılmasi ilə bağlı isə hazırda qadağanedici normativ baza mövcud deyil. Şəxsin özü şəxsi məlumatlarının mühafizəsini təşkil etməli, kart məlumatlarının və özünəməxsus sirrin yayılmaması üçün tədbirlər görməlidir. Ancaq şəxsin bu kimi ehtiyatsızlıq törətməsi onun hər hansı məsuliyyətə cəlb olunmasına əsas verə bilməz. Eyni zamanda, qeyd etmək lazımdır ki, fərdi məlumatlar kateqoriyasına daxil edilən müəyyən məlumatlar var ki, onların paylaşılması şəxsin birbaşa olaraq özü üçün təhlükəlidir. Buna başlıca olaraq şəxsiyyət vəsiqəsinin identifikasiya nömrəsinin paylaşılmasını göstərmək olar. Şəxsiyyət vəsiqəsinin FİN kodunun paylaşılması təhlükəlidir. FİN kod vasitəsilə şəxsin digər fərdi məlumatlarının ələ keçirilməsi çox asandır. Eyni zamanda, şəxsin özünə məxsus bank kartı, mobil telefonuna gələn şifrənin paylaşılması, İP ünvanının paylaşılaması da özü üçün təhlükəlidir”.

Nəticə etibarilə, sosial şəbəkədə paylaşım edərkən həm özümüzə, həm də ətrafımızdakı şəxslərə görə məsuliyyət daşıyırıq. İnformasiyanın sürətlə yayıldığı dövrdə düşünülməmiş paylaşımlar sonradan arzuolunmaz nəticələrə səbəb ola bilər. Buna görə də hər dəfə paylaşım etməzdən əvvəl “bu məlumatı paylaşmağım doğrudurmu?” sualını vermək ən düzgün yanaşmadır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Dekabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri