Icma.az
close
up
RU
Sosial şəbəkələrdə yeni mərhələ: Bu, məhdudiyyət deyil

Sosial şəbəkələrdə yeni mərhələ: Bu, məhdudiyyət deyil

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.

Onun sözlərinə görə, son illərdə aparılan araşdırmalar göstərir ki, uşaqlar internetdə təkcə faydalı məlumatlarla deyil, həm də yaşlarına uyğun olmayan məzmun, kiberzorakılıq, dələduzluq, şəxsi məlumatların oğurlanması və müxtəlif psixoloji manipulyasiya üsulları ilə qarşılaşırlar. "Alqoritmlər onların maraqlarını izləyərək bəzən zərərli məzmunu daha çox qarşılarına çıxarır və nəticədə virtual dünya reallıqdan üstün görünməyə başlayır. Bu isə uşaqların emosional sağlamlığına, sosial münasibətlərinə və təhsilinə mənfi təsir göstərir", - o qeyd edib.

Deputat vurğulayıb ki, qanunvericilikdə edilən dəyişikliklərin əsas məqsədi məhz bu riskləri minimuma endirməkdir: "Burada söhbət sosial şəbəkələri qadağan etməkdən və ya uşaqları texnologiyadan uzaqlaşdırmaqdan getmir. Əksinə, məqsəd rəqəmsal mühitdə daha təhlükəsiz qaydalar formalaşdırmaq, platformaların məsuliyyətini artırmaq və valideynlərin övladlarının onlayn həyatında daha fəal iştirakını təşviq etməkdir.
Uşaq üçün təhlükəsiz küçə necə vacibdirsə, təhlükəsiz internet mühiti də eyni dərəcədə əhəmiyyətlidir. Valideyn övladını tanımadığı bir küçədə nəzarətsiz buraxmadığı kimi, onu sonsuz rəqəmsal məkanda da tam nəzarətsiz qoymamalıdır. Bu gün internetdə uşaqların qarşılaşdığı təhlükələr fiziki təhlükələr qədər realdır. Onlar bəzən görünmür, amma nəticələri illərlə davam edə bilir.

Elnarə Akimovanın fikrincə, müasir dövrdə valideyn məsuliyyəti təkcə məktəbə aparıb-gətirmək və dərslərinə nəzarət etməklə bitmir. Onun sözlərinə görə, valideyn övladının hansı platformalardan istifadə etdiyini, kimlərlə ünsiyyət qurduğunu, hansı məzmunu izlədiyini də bilməlidir: 

"Uşaqlarla rəqəmsal təhlükəsizlik barədə açıq söhbətlər aparmaq, onlara şəxsi məlumatlarını qorumağı, şübhəli bağlantılardan uzaq durmağı və internetdə rastlaşdıqları problemləri gizlətmədən paylaşmağı öyrətmək bu gün ailə tərbiyəsinin vacib hissəsinə çevrilib. 

Qanunvericilikdəki yeniliklər həm də sosial şəbəkə platformalarına daha böyük məsuliyyət yükləyir. Uşaqlar üçün təhlükəli məzmunun məhdudlaşdırılması, yaş təsdiqi mexanizmlərinin gücləndirilməsi, şikayət sistemlərinin təkmilləşdirilməsi və şəxsi məlumatların daha etibarlı qorunması artıq qlobal tendensiyadır. Dünyanın bir çox ölkəsində bu istiqamətdə oxşar addımlar atılır və Azərbaycan da rəqəmsal təhlükəsizlik sahəsində beynəlxalq təcrübəyə uyğun inkişaf yolunu seçir".

Milli Məclisin üzvü bildirib ki, əslində bu dəyişikliklər uşaqların seçim azadlığını məhdudlaşdırmaq üçün deyil, onların sağlam inkişafını təmin etmək üçündür:

"Azadlıq yalnız təhlükəsiz mühitdə həqiqi dəyər qazanır. Uşaqlar internetdən öyrənmək, yaradıcılıqlarını inkişaf etdirmək, dünyanı tanımaq üçün istifadə etməlidirlər, zərərli təsirlərin hədəfinə çevrilmək üçün yox.
Cəmiyyət olaraq bu məsələyə "qadağa" prizmasından baxmaq düzgün yanaşma deyil. Əsas məqsəd uşaqların hüquqlarını qorumaq, onların sağlam psixoloji inkişafını dəstəkləmək və rəqəmsal dünyada təhlükəsiz gələcək formalaşdırmaqdır. Bunun üçün dövlət, ailə, məktəb, media və sosial platformalar eyni məsuliyyəti bölüşməlidirlər".

E.Akimova vurğulayıb ki, rəqəmsal texnologiyalar inkişaf etdikcə təhlükələr də dəyişir:

"Buna görə qanunvericilik də zamanın çağırışlarına uyğun yenilənməlidir. Bu gün atılan addımlar sabahın daha sağlam, daha təhlükəsiz və daha məlumatlı nəslinin formalaşmasına xidmət edir. Uşaqların təhlükəsizliyi isə heç vaxt məhdudiyyət deyil, cəmiyyətin gələcəyinə qoyulan ən dəyərli sərmayədir".

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 İyul 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri