Sosial şəbəkələrdəki parıltılı həyatların görünməyən tərəfi...
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Müasir dövrdə sosial, iqtisadi və texnoloji dəyişikliklərin sürətlənməsi insanlarda gələcəklə bağlı qeyri-müəyyənlik hissini daha da artırır. Gündəlik həyatda qarşıya çıxan maliyyə problemləri, iş həyatındakı sabitliyin azalması, informasiya axınının intensivliyi və sosial təzyiqlər psixoloji gərginliyi dərinləşdirən əsas amillərdən biri kimi qiymətləndirilir. Xüsusilə gənclər və orta yaş qrupu arasında gələcəklə bağlı narahatlıq, qərarsızlıq və davamlı stress halları daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, uzun müddət davam edən qeyri-müəyyənlik hissi insanın həm emosional vəziyyətinə, həm də sosial münasibətlərinə mənfi təsir göstərə bilər.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açqılamasında deyib ki, insanlar bu gün informasiyanın içində boğulurlar:
“Bunun əsas səbəblərindən biri analiz-sintez bacarıqlarının zəifləməsidir. İnsanlar gördükləri həyatları öz həyatları ilə müqayisə edir, başqasını nümunə götürmək əvəzinə eynisini yaşamağa çalışırlar. Bu isə qeyri-müəyyənlik, gələcək qorxusu və davamlı narahatlıq hisslərini daha da artırır. Davamlı narahatlıq insanın gündəlik funksionallığına birbaşa təsir edir. Əmək fəaliyyətində uğursuzluq yaşayan insan zamanla şəxsi və sosial həyatında da uyğunlaşmaqda çətinlik çəkir. Hər gün rəqəmsal dünyada minlərlə informasiyanı beyninə toplayan adamın düşüncə və davranışları bir müddətdən sonra adekvatlığını itirə bilər”.
O bildirib ki, nəticədə diqqət dağınıqlığı, qərarsızlıq, emosional gərginlik və sosial uzaqlaşma kimi hallar yaranır:
“Rəqəmsal davranış pozuntuları yaxın gələcəyin əsas psixi status göstəricilərindən biri olacaq. Əgər hər hansı düşüncə və ya davranış insanın gündəlik həyatına, iş fəaliyyətinə və münasibətlərinə mənfi təsir göstərirsə, bu hal mütləq müşahidə olunmalı və vaxtında qiymətləndirilməlidir”.
Yəni, sosial şəbəkələrdəki parıltılı həyatlara baxıb özünü müqayisə etmək və həddindən çox informasiya qəbul etmək insanlarda gələcək qorxusu, stress və psixoloji pozuntular yaradır.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Sosial şəbəkələrdəki qadağalar aradan qaldırılacaq
08 Yanvar 2025 21:32
MSK sosial şəbəkələrdəki görüntüləri araşdıracaqmı?
30 Yanvar 2025 14:56
Güzgüdəki SƏN, sosial şəbəkələrdəki SƏN?..
28 Yanvar 2025 14:19
Sosial şəbəkələrdəki ideal ailə modelləri
11 Mart 2025 17:01
Sosial şəbəkələrdəki mahnılar çox bərbaddır
20 Mart 2026 16:45
Baxış sayı:112
Bu xəbər 01 İyun 2026 22:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları