Icma.az
close
up
RU
Sosial şəbəkəni qarışdıran görüntü: Məhərrəmlikdə toy etmək qadağandır?

Sosial şəbəkəni qarışdıran görüntü: Məhərrəmlikdə toy etmək qadağandır?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə yayılan toy görüntüləri, xüsusilə Məhərrəm ayında keçirilən məclislər geniş müzakirələrə səbəb olur. 

Bu görüntülər bəzi şəxslər tərəfindən dini və mədəni dəyərlərlə uyğun olmayan davranışlar kimi qiymətləndirilərkən, digər tərəfdən şəxsi azadlıq baxımından müdafiə edilir. 

Məhərrəmlikdə toy, nişan etmək dini baxımdan necə qiymətləndirilir?

 Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, məhərrəmlikdə toy etməmək islamda yer almayan, sadəcə ənənəvi bir yanaşmadır: 

“Məhərrəm ayında toy edib-etməmək haqda çox zaman müzakirə, hətta mübahisələr olur. 

Şübhəsiz ki, insanların çoxu dinə yox, adətlərə, formalaşmış ənənəyə üstünlük verirlər. Ona görə də belə mövzularda anlaşmazlıqlar yaranır. Əslində İslamda matəm ayı anlayışı yoxdur. Nə Quranda, nə də İslam Peyğəmbərinin tövsiyələrində belə bir göstəriş verilib. Tutaq ki, ehtiram olaraq vəfat etmiş, şəhid olmuş bir şəxs illər sonra anılırsa, bu da bir gün ola bilər. 

Həmin günə də hərə öz ehtiramını ifadə edər. Necə ki, vətən şəhidlərimiz bu cür anılır. Məhərrəm ayında matəm elan etmək, toy, nişan etməmək, xeyirli, faydalı əməlləri tərk etmək, hətta bəzi xurafatlara əsaslanaraq çimməmək, sabun işlətməmək kimi adətlər İslamın əleyhinədir. 

Əgər peyğəmbərlərin vəfat etdiyi, yaxud şəhid olduğu günlərdə, aylarda matəm əmri yoxdursa, demək, digərləri üçün də bu bir nümunədir. Ancaq qədim zamandan qalmış yanlış ənənələrə görə müəyyən toplum toy etməyi rəva görmürsə, bu da öz seçimidir. Ancaq bunu İslama bağlamaq yanlışdır”. 

Onun sözlərinə görə, toy etmək və ya etməmək şəxsi seçimdir, amma buna dini əsaslarla qadağa qoymaq yanlışdır: 

“Toy etməyənlərə də hörmətlə yanaşmaq lazımdır. Fəqət toy edənlərə də ikrahla yanaşmaq olmaz. Əvvəla İslamda belə qayda yoxdur. Digər tərəfdən, hər kəsin öz inancı var. Zorla onu öz əqidənə gətirə bilməzsən. Bu dində də, qanunda da qadağandır. 

İmam Hüseyn əleyhissəlam və Kərbəla şəhidlərinə Məhərrəm ayını bütünlükdə, sonra da Səfər ayının yarısını yas saxlamaqla, toy, nişan etməməklə ehtiram etdiyini düşünənlər İslamın əsas prinsiplərinə zidd davranırlar. 

Çünki İslam şəhidlərin ölmədiyini tərənnüm edir. İmam Hüseynin və yaxınlarının da cənnətdə sakin olduğunu qəbul edir. Matəm və yas yox olmuş adam, yaxud buna inananlar üçün edilir. Həzrət Muhəmməd Peyğəmbər əleyhissəlamın Uhud savaşında 70-dən artıq yaxınları şəhid oldu, 6 övladı uşaq və gənc yaşlarında vəfat etdi, əsla o aylarla matəm elan etmədi və bunu ənənə halına salmadı. Eyni zamanda, “Əhli Beyt”in üzvlərindən, bu soydan tarix boyu çoxsaylı şəhidlər olub, onlar üçün də bu cür edilmir”. 

İlahiyyatçı qeyd etdi ki, İslamda matəm və toy yasaqları yoxdur, bunlar sadəcə ənənəvi yanaşmalardır: “Müsəlmanlar üçün Quranda, yaxud Peyğəmbər, “Əhli Beyt” buyuruqlarında hansısa ayda toy etməmək əmri yoxdur. 

Sərbəst şəkildə hər kəs xeyir işini icra edə, yaxud etməyə bilər. Peyğəmbər buyurur ki, xeyir işlərdə tələsin. İslamda da matəm ayı yoxdur. İmam Hüseyn şəhid oldu ki, müsəlmanlar nikbin və ümidli yaşasınlar”. 

Gülər 
“Cebheinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri