Icma.az
close
up
RU
Zelenski Vaşinqtonda Trampla görüşəcək Gündəmdə “Tomaqavk” raketlərinin Ukraynaya ötürülməsidir

Zelenski Vaşinqtonda Trampla görüşəcək Gündəmdə “Tomaqavk” raketlərinin Ukraynaya ötürülməsidir

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Oktyabvrın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ səfəri çərçivəsində Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.

Zelenski bu barədə “Reuters” agentliyinə açıqlamasında bildirib ki, görüşün əsas mövzuları Ukraynanın hava hücumundan müdafiə (HHM) sisteminin gücləndirilməsi və uzaqmənzilli silahların, o cümlədən “Tomaqavk” raketlərinin mümkün tədarükü olacaq.

Tramp daha əvvəl bəyan etmişdi ki, “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi ehtimalını istisna etmir, lakin bu, yalnız Rusiya atəşi dayandırmaqdan imtina etdiyi təqdirdə mümkündür.

Məlumata görə, Zelenski və Tramp son iki gün ərzində iki dəfə telefonla danışıblar, lakin Ağ Ev indiyədək bu görüş barədə rəsmi məlumat yaymayıb. Görüşün keçiriləcəyi barədə xəbəri ilk olaraq “Financial Times” qəzetinin müxbiri anonim mənbələrə istinadla yayıb.

Zelenski jurnalistlərə açıqlamasında deyib ki, Trampla son telefon danışığında ABŞ-dən nə qədər “Tomaqavk” raketi almaq istədiklərini onunla bölüşüb. Prezidentin sözlərinə görə, bu silahların tədarükü Rusiyanı sülhə məcbur etmək üçün vacib vasitə ola bilər.

Rusiya tərəfi isə ABŞ-nin Ukraynaya “Tomaqavk” raketləri verməsi ehtimalını kəskin şəkildə pisləyib. Moskva bildirir ki, belə bir addım Rusiya ilə ABŞ arasında münasibətləri ciddi şəkildə korlayacaq və “təhlükəli eskalasiyaya” səbəb olacaq. Bəzi rus rəsmiləri hətta xəbərdarlıq ediblər ki, “Tomaqavk” raketlərinin istifadəsi Rusiyanın “nüvə cavabı” ilə nəticələnə bilər, çünki bu tip raketlər nüvə başlıqları daşımaq potensialına malikdir.

Bu arada, ABŞ-yə artıq Ukraynanın yüksək səviyyəli hökumət nümayəndə heyəti gedib. Heyətdə Baş nazir Yuliya Sviridenko, Prezident Aparatının rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və digər vəzifəli şəxslər yer alır.

Lakin Tramp–Zelenski görüşü barədə bu günə qədər heç bir rəsmi təsdiq verilməmişdi.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri