Icma.az
close
up
RU
Sosioloq: “İndi arıq, sinəsi və ombası böyüdülmüş, dodaqları şişirilmiş, çənəsi itilənmiş qadınlar etalon sayılır”

Sosioloq: “İndi arıq, sinəsi və ombası böyüdülmüş, dodaqları şişirilmiş, çənəsi itilənmiş qadınlar etalon sayılır”

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Son günlər ölkədə və dünyada plastik əməliyyat edənlərin sayı çoxalıb. Bəzi insanlar məcbur qalmadıqları şəkildə belə bıçaq altına girməyi seçirlər. Maraqlıdır ki, plastik əməliyyatı insanlarda bu qədər təbliğ edənlər kimlərdir?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Demokrat.az-açıqlamasında bildirib ki, bütün zamanlarda zəriflik və incəlik anlayışı gözəllik və cəlbediciliyin göstəricisi kimi qəbul edilib:
“Amma zəriflik böyük ombalar, şar kimi şişirilmiş süd vəziləri, bir qarış irəliyə sıçramış dodaqlar, kəsilməkdən yoxa çıxmış burun olmayıb. Hər dövrün öz gözəllik trendləri olur. Çox qadın bu yolda öz sağlamlığından, təbii görüntüsündən olur. Qaş düzəltmək yerinə vurub göz çıxarmaqları onlara baha başa gəlir. Kaman qaşlar, incə dodaqlar gözəllik etalonu sayılmayalı çox zaman olub. İndi arıq, sinəsi və ombası süni formada böyüdülmüş, qaşları rənglənmiş, dodaqları şişirilmiş, çənəsi itilənmiş qadınlar etalon sayılır. Təbii ki, gözəllikdən anlamayanlar üçün”.

Sosioloq onu da qeyd edib ki, gizli şəkildə bu proses təbliğ edilir:
“Bu vəziyyətə qadınlarımız birdən-birə gəlmədi. İllərdir gizli-aşkar buna hazırlıq prosesi gedirdi.  Sizə, “Barbie” gəlincikləri sadəcə uşaqlar oynasın deyə istehsal edilirdi? 
Əlbəttə ki, yox. O gəlincikləri xüsusi planla hazırlayırdılar, sarı saçları, ətli dodaqları, uzun ayaqları, göy gözləri, dartılmış qaşları,  dik sinəsi və ombası qız uşaqlarının hələ körpəlikdən gözəllik standartlarını formalaşdırırdı.  
Eləcə də filmlərdə, seriallarda bu standartlara uyğun qızlar çəkilirdi, reklamlarda onlara xüsusi yer verilirdi. Beləcə insanların gözəllik standartlarını yavaş-yavaş dəyişdilər. Spesifik görünüşü ürəkləri titrədən, saf gözəlliyi ilə əks-cinsi riqqətə gətirən qızlar yoxdur daha. Nə o qönçə dodaqlar var, nə sümüyü azacıq qabarıq burunlar, nə alma yanaqlar. 17-18 yaşadək tibbi prosedurlar, müdaxilələr enib ”. 
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri