Icma.az
close
up
RU
Sosislər mədə xərçəngi YARADIR? Mütəxəssislərdən QORXUNC XƏBƏRDARLIQ

Sosislər mədə xərçəngi YARADIR? Mütəxəssislərdən QORXUNC XƏBƏRDARLIQ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı alimlər sosislərin mədə xərçəngi yaratdığını iddia edir. Həkim terapevt İrina Baranova deyib ki, çoxsaylı elmi tədqiqatlar sosis yeməyin mədə və bağırsaq xərçənginə gətirib çıxardığını sübut edib. O, qeyd edib ki, sosislərin tərkibində olan dadlandırıcı, konservant və nitritlər xərçəng törədicisidir. Belə ki, onlar sosisin emalı zamanı birləşərək kanserogen maddələr yaradır.
Bəs, Azərbaycandakı mütəxəssislər bununla bağlı nə deyir? Həqiqətən bu qidanın qəbulu orqanizmdə bədxassəli şişlərin yaranmasına səbəb olur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-terapevt Günay Lətifovanın fikrincə, ümumiyyətlə, konservantlar orqanizmə ciddi ziyandır.
Ən geniş istifadə olunan konservantlar qida məhsullarının xarab olmasının qarşısını almaq məqsədiylə istifadə edilsə də, sağlamlıq üçün zərərlidir:

MÖVZU İLƏ BAĞLI:
ŞAD XƏBƏR: Xərçəngin müalicəsi TAPILDI - VİDEO


“Yalnız sosislər deyil, hazır konservləşmiş bir çox qidalar var ki, onlar da sağlamlıq  üçün təhlükəlidir. Sosislər də həmçinin. Ümumiyyətlə, bu cür qidalar, “Fast-food”  orqanizmdə gec həzm olunduğu üçün mədə-bağırsaq sisteminə ziyandır. Eləcə də şirin qazlı içkilər hormonal disbalansa gətirib çıxarır. İnsulin dəyərini yüksəldir, mədəaltı vəzinin fəaliyyətində problemlər yaradır”.
Sosislərin xərçəng yaratmasına gəlincə, həkim bu barədə birmənalı fikir bildirməyin çətin olduğu qənaətindədir:
“Xərçəng öz-özünü qidalandıran hüceyrədir. Bunun da etiologiyası müxtəlifdir. Bütün sosislərin xərçəng yaratmasını iddia etmək bir qədər yanlış olar. Bu o halda baş verə bilər ki, onunla qidalanan insanın mədə-bağırsaq sistemində narahatlıq var, konservant məhsullar, sosislər də bağırsaq keçməzliyinə, zəif olan həzm, mədə-bağırsaq sisteminə təsir edə və hüceyrələrin fəaliyyətinin pozulmasına gətirib çıxara bilər. Yəni bu, orqanizmdən, insanın səhhətindən asılıdır. Amma bütün hallarda biz insanlara “fast-food”, rəngləndirilmiş şirin içkilərdən uzaq durmağı tövsiyə edirik. Çünki bunlar olduqca zərərlidir. Bu gün gənclərin üzündə əmələ gələn sızanaqlar belə qidaların əks təsiridir. Bağırsaqlardakı problemlər bizim üzümüzdə əks olunur".
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə Bizim.Media-ya açıqlamasında bu yöndə ciddi elmi qənaət olmadığını bildirib:
“Azərbaycanda istifadə olunan sosiska və kolbasalar, işlənmiş ət məhsulları ilə bağlı şikayət və monitorinqlərin nəticəsi göstərir ki, bəzən istehsalçılar hazırlama prosesində ciddi yanlışlara yol verirlər. Yəni qida təhlükəsizliyi qaydalarında uyğunsuzluqlar,  standartlarla bağlı nöqsanlar, tərkibindəki heyvan ətinin növünə görə dəyişikliklər, halal göstərildiyi halda DNT-nin tapılmasına rast gəlinib. Amma konkret xərçəng yaratma ilə bağlı elmi tədqiqat, sübut olunmuş, təsdiqlənmiş bilgi mövcud deyil. Buna baxmayaraq, ÜST emal olunmuş ətləri – kolbasa, sosis və ya marinad olunmuş ət məhsullarını tərkibindəki maddələrə görə kanserogen qidalar sırasına aid edir. Təşkilat bildirir ki, bu cür qidaların tərkibində həddən artıq duzun, konservantın olması, özəlliklə nitrat və nitritdən istifadə edilməsi, bəzən onların həddən artıq qızardılması xərçəng növlərinin yaranma riskini artırır”.
Mütəxəssis deyir ki, Azərbaycanda satılan emal olunmuş ət məhsullarının təhlükəliliyi onun tərkibi qədər saxlanma şəraitindən də asılıdır:
“Bu keyfiyyətli məhsul olsa belə, düzgün şəkildə saxlanılmalıdır. Saxlama şəraiti ən vacib amillərdən biridir. Ümumiyyətlə, immun sisteminin güclü olmasını istəyən, sağlamlıq problemləri yaşamaq istəməyən insanlar bu cür emal olunmuş ət məhsullarından uzaq durmalıdır. Bu cür məhsullar gündəlik istehlak üçün deyil. Yəni bu, daha öncədən, yarandığı gündən az miqdarda - 50 qram istifadə olunmaq üçün nəzərdə tutulub.
Amma təəssüf ki, insanlar bununla gün ərzində ana yemək kimi, yaxud bir neçə dəfə qidalanırlar.  Belə insanlar risk qrupunda olanlar sırasına  daxildir.
Yaxşı olar ki, onlar keyfiyyətinə əmin olmadıqları, etibarlı saymadıqları istehsalçının məhsullarından uzaq dursunlar. Xüsusilə azyaşlılar, yaşlılar, hamilə qadınlar, uşağa süd verən analar, xroniki xəstəliyi, immun sistemi zəif olanlar belə qidaları qəbul etməsinlər. Çünki konservantlı qidalar belə insanlarda sağlamlıq problemi yarada, yaxud mövcud xəstəlikləri gücləndirə bilər".
Rəna Cumaqızı, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri