Icma.az
close
up
RU
Sovetskinin yerində “yaşıl” ümid: Bakı sakinləri Mərkəzi Parkla bağlı fikirlərini bölüşür FOTO

Sovetskinin yerində “yaşıl” ümid: Bakı sakinləri Mərkəzi Parkla bağlı fikirlərini bölüşür FOTO

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bakının "Sovetski" məhəlləsi kimi tanınan ərazinin söküntüsünə 2013-cü ildən başlanılıb. Ərazidə uzunmüddətli söküntü işləri başa çatdıqdan sonra, 2016-cı ilin avqust ayından etibarən genişmiqyaslı yenidənqurma layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində yeni yolların çəkilməsi, mövcud küçələrin genişləndirilməsi və təmir işləri aparılıb. Eyni zamanda, məhəllənin yaşıllaşdırılması üçün geniş abadlıq işləri görülərək, parklar və yaşıllıq zonaları salınıb.

Trend xəbər verir ki, həmin layihələrdən ən əsası "Sovetski"nin yerində salınan böyük parklardan biri də məhz Mərkəzi Parkdır. Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da, üçüncü hissəsinin açılışı isə ötən il noyabrın 7-də olub.

Parkın birinci hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarətdir. Bu keçidlər əsasən avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzə Ağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa edilib. Ümumilikdə, park 20 hektar əraziyə malikdir ki, bunun 14 hektarında yaşıllıq salınıb. Mərkəzi Parkda bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var.

Parkın ərazisində ümumilikdə 9 fəvvarə mövcuddur. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb. Burada 2.100-dən çox 19 növ ağac və 137.000-dən artıq gül və kol bitkiləri əkilib. Parkda yaşıllıqları suvarmaq üçün 6.5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xəttlər də çəkilmişdir.

Parkın ərazisində Mirzə Ağa Əliyev küçəsi və Təzəpir məscidi arasında 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Dayanacaq təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları ilə təchiz edilib.

Bəs, şəhər sakinləri parkın genişləndirilməsi barədə nə düşünür?

Bakı sakini Yeganə Qaraşova bildirib ki, bu parkların açılmasından, genişləndirilməsindən ən çox sevinən insanlardan biri də odur:

"Başda Prezident İlham Əliyev olmaqla, bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Mən belə parkların sayının və əhatəsinin daha da artmasını arzu edirəm. Əvvəlki dövr ilə bu gün arasında böyük fərq var. Əvvəllər bu parkın yerində paytaxtımız üçün xoş olmayan görüntü vardı. İndi isə bu parklar insanların gözünü oxşayır, gənclər burada istirahət edir, uşaqlar isə oynayırlar".

Digər sakin Murad Cəfərov əlavə edib ki, parkların genişləndirilməsi olduqca vacib və uğurlu addımdır:

"Əvvəlki dövrlə indiki arasında gözlə görünəndən də artıq dəyişiklik var. Bu parkın salınması şəhərin mərkəzinə gözəllik qatdı və böyüdülməsi onu daha da gözəlləşdirəcək. Biz dostlarımızla tez-tez bu parka gəlir, asudə vaxtımızı burada keçiririk. Bura həm gənclər, həm də uşaqlar üçün təhlükəsiz məkandır."

Sakinlərdən Qadir Dadaşovun sözlərinə görə, parkların genişləndirilməsi həm gənclər, həm də yaşlılar üçün faydalıdır:

"Uşaqlar daha rahat və təhlükəsiz şəraitdə əylənə, istirahət edirlər. Vətəndaşların hər biri isə gündəlik təmiz hava alaraq gəzintiyə çıxa bilirlər. Parkların genişləndirilməsi həm insanlar, həm də ev heyvanları üçün faydalıdır. Əvvəlki dövrlə indiki arasında xeyli fərq görünür".

Sakin Yeganə Orxanbəyli isə qeyd edib ki, ekologiyamıza yaşıllıq vacibdir:

"Bu parklar havanın təmizlənməsinə kömək edir. Bu, çox lazımi addımdır, insanlar gəlib burada istirahət edir. Mən illərdir bu ərazidə yaşayıram və əvvəlki illərlə indiki arasında böyük fərq var. Bu çox gözəl təşəbbüsdür, belə parklar artıq şəhərimizin hər yerində açılır və xoş ab-hava yaradır".

Nigar adlı sakin də fikrini belə ifadə edib:

"Parklar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Əsasən ağacların çox olmasını istəyirəm. Yay ayları çox isti olur, ağaclar çox olarsa, kölgəmiz daha geniş olar. Bura uşaqlar üçün də xoş və təhlükəsizdir. Onlar burada doyunca əylənə və öyrənə bilirlər. Eyni zamanda, dayanacaqların sayının artırılmasını da istəyirəm. Nə qədər çox dayanacaq olsa, bir o qədər yaxşıdır".

Şəhərin gənc sakinlərindən olan Səma Həziyeva bildirib ki, indiki zamanda parkların böyüdülməsinə ehtiyac var:

"Şəhərdən biraz uzaqlaşa bilmək üçü parkların böyüdülməsinə ehtiyac olduğunu düşünürük. Parklar avtomobil yollarından uzaq olduğu üçün təhlükəsizlik baxımından çox yaxşıdır. Həm də insanların bir-birilə ünsiyyət qurması üçün də yaxşıdır. İllər keçdikcə şəhərimizdə yaşıllıqların artması bu sahədə irəlilədiyimizin nümunəsidir. Biz də fürsət düşdükcə yoldaşlarımızla yolumuzu buradan salır, təmiz hava altında maraqlı müzakirələr edir, kitablar oxuyuruq".

Son olaraq vurğulamaq lazımdır ki, Mərkəzi Park Bakının yaşıl transformasiyasının təsadüfi olmadığını açıq şəkildə nümayiş etdirir. Bu, diqqətlə düşünülmüş və məqsədyönlü bir layihədir. Uzun illər boyunca insanlar şəhərin inkişafını yalnız yüksək və müasir binaların ucaldılması ilə ölçürdülər. Lakin zamanla bu düşüncə tədricən dəyişdi və indi şəhərin inkişafı təkcə fiziki infrastrukturla deyil, həm də onun nəfəs ala bilən, təbiətlə harmoniyada yaşayan məkanlar kimi formalaşması ilə qiymətləndirilir. Şəhərin böyüməsi indi daha çox təmiz hava, sakitlik və təbiətin incə səslərini duymaqla, insanların həyat keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Bu baxımdan, Mərkəzi Park şəhər sakinlərinin rahatlığına və estetik zövqünə xidmət edən, eyni zamanda Bakı üçün yeni bir inkişaf mərhələsinin simvolu olacaq.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 İyul 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see265

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see157

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see147

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see142

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see136

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see120

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see120

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see118

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see118

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see117

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri