Soydaşımız “İslamın minarəsi” jurnalının redaksiya heyətinə daxil edilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Beynəlxalq Müsəlman Forumunun rəsmi mətbuat orqanı olan “İslamın minarəsi” beynəlxalq jurnalının redaksiya heyətinə daxil edilib.
Bununla bağlı Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin səlahiyyətlərini icra edən, jurnalın baş redaktoru Damir Muxetdinov Multikulturalizm Mərkəzinə məktub göndərib. Baş redaktor vurğulayıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz təcrübələri ilə jurnalın nəşrinə töhfə verəcək.
Xatırladaq ki, “İslamın minarəsi” beynəlxalq jurnalı müsəlman ruhaniləri və ziyalıları üçün nəzərdə tutulub. Nəşr İslamın ənənəvi irsini öyrənmək və onun dini-fəlsəfi mahiyyətini, mumanist ideyalarını insanlara çatdırmaq məqsədi daşıyır. Jurnalda müsəlman ilahiyyatı, İslam tarixi və müsəlmanların müasir problemlərinə dair məqalələr, islam mütəfəkkirlərinin və ilahiyyatçılarının həyat və yaradıcılığından bəhs edən yazılar dərc olunur. Klassik, eləcə də müasir müsəlman əsərlərinin tərcümələri yer alır. Jurnalda dinlərarası və mədəniyyətlərarası dialoqa, dövlət-islam münasibətlərinə, islam və müsəlmanlar üçün maraqlı olan məqamlara da toxunulur.
T.RÜSTƏMLİ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Noyabr 2024 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















