Soyğunçulardan qaçan aparıcı pəncərədən yıxılaraq öldü
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nigeriyada televiziya aparıcısı Somtoçukvu (Sommi) Maduaqvu silahlı soyğunçulardan qaçarkən pəncərədən yıxılıb.
"Unikal" xəbər verir ki, 29 yaşlı Sommi oğruların mənzilini qarət etdiklərini gördükdən sonra onlardan qaçmaq qərarına gəlib. O, polisə zəng edərək pəncərədən qaçmağa cəhd edib. Polis onu huşsuz vəziyyətdə aşkar edərək xəstəxanaya çatdırsa da, onu xilas etmək mümkün olmayıb.
Oğurluq zamanı binada iki mühafizəçi və təhlükəsizlik işçisinin olduğu bildirilir. Mühafizəçilərdən biri quldurlar tərəfindən güllələnib.
Sommi hərbi xidmət üçün Nigeriyaya qayıtmazdan əvvəl Böyük Britaniyada hüquq təhsili alıb. Orta məktəbi bitirdikdən sonra hüquq məsləhətçisi, sonra kiçik hüquq məsləhətçisi olub.
Daha sonra o, "Arise News" xəbər kanalında çalışıb və burada hüquqi məsələləri işıqlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 04 Oktyabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















