Icma.az
close
up
RU
“Şoyquya qəbiristanlıqda sui qəsd planlaşdırılıb“ Rusiya KİV ləri

“Şoyquya qəbiristanlıqda sui qəsd planlaşdırılıb“ Rusiya KİV ləri

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Nevzorov: "Hekayə "axmaqlıq və teatr" qoxusu verir"

Rusiya mediasının məlumatına görə, diversant qrup Sergey Şoyquya sui-qəsd planlaşdırıb - hadisə Moskvanın Troyekurov qəbiristanlığında baş verəcəkmiş. Bu barədə noyabrın 17-də "Moskovski komsomolets" qəzeti yazıb.

Noyabrın 14-də həmin qəzet Federal Təhlükəsizlik Xidmətinə istinadla bildirib ki, Ukrayna xüsusi xidmətlərinin Rusiya dövlətinin yüksək vəzifəli şəxsinə qarşı terror aktı hazırladığı iddia olunur. Potensial qurbanın adı açıqlanmayıb, lakin FTX çiçəklərlə dolu vaza göstərib, içində kamuflyaj olunmuş kamera var imiş və "videonu xaricə ötürmək imkanı"na sahib olub.

Rusiya xüsusi xidmətlərinin versiyasına görə, sui-qəsdi narkotikdən asılı olan Rusiya vətəndaşları olan cütlük və Kiyevdə yaşayan axtarışda olan şəxs həyata keçirməliymiş. FTX-nın məlumatına görə, sui-qəsd rəsmi şəxsin yaxın qohumlarının qəbrini ziyarət edərkən baş verməliymiş, amma necə həyata keçiriləcəyi açıqlanmayıb.

Sui-qəsdin həqiqətən planlaşdırılması və Ukrayna tərəfindən hazırlanması barədə heç bir sübut təqdim edilməyib. Bunun əvəzinə Rusiya təbliğatına xas açıqlamalar səslənib: "Ukrayna xüsusi xidmətləri Qərb kuratorlarının rəhbərliyi altında işləyir". Bu gün RBC qəzeti sui-qəsdin hazırlanmasında iştirak edən şəxslərdən birinin adını açıqlayıb, bu, Cəloliddin Şamsovdur.

Rusiya müxalifətçisi Aleksandr Nevzorov isə belə deyib: "Sui-qəsd" son vaxtlar FTX-nın uydurduğu və ekranlaşdırdığı hər şey kimi axmaqlıq və teatr qoxusu verir. Həqiqətən də, ssenarinin cilalanması ilə çekiçtlər özlərini yormur: Rusiya elə bir deqradasiya mərhələsindədir ki, xalq hər hansı boşboğazlığı "asanlıqla həzm edir".

Nevzorov əlavə edib: "Əlbəttə, "sui-qəsdçilər" Rusiyanın ən amansız düşmənlərinin duumviratını ("iki nəfər" mənasındadır-red.) - Orta Asiyadan olan miqrant və Kiyev sakinini təmsil edir. Onlar FTX-nın "döyüşçü qanunlarına" uyğun olaraq tam çıplaq vəziyyətdə tutulub. İndi bu bədbəxtlər Lissabon zəlzələsi, Mars planetinin oğurlanması və "Kujüqetoviçə sui-qəsd" barədə etiraf edilənədək "emal"olunacaq".

Moderator.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri