Icma.az
close
up
RU
Soyuducu zəif soyudur? Usta çağırmazdan əvvəl bu detalı yoxlayın

Soyuducu zəif soyudur? Usta çağırmazdan əvvəl bu detalı yoxlayın

Icma.az, Lent az saytına istinadən bildirir.

Soyuducu zəif soyutmağa başlayanda çoxları dərhal nasazlıq olduğunu düşünür. Lakin halların təxminən yarısında səbəb daha sadə olur və usta çağırmağa ehtiyac qalmır.

Lent.az xəbər verir ki, məişət texnikası üzrə mütəxəssislər bildirirlər ki, problem çox vaxt qapıdakı rezin sıxlaşdırıcı (upotnitel) ilə bağlı olur. Məhz onun vəziyyəti soyuducunun nə qədər effektiv işlədiyini müəyyən edir. Əgər rezin elastikliyini itiribsə, qapı tam bağlanmır. Soyuq hava çölə çıxır, kompressor isə fasiləsiz işləyərək yüklənir. Rezin sıxlaşdırıcını yoxlamaq çox asandır. Qapı ilə korpus arasına adi bir kağız vərəqi qoyun və qapını bağlayın. Əgər kağız asanlıqla çıxırsa, deməli hermetiklik pozulub.

Hətta kiçik bir boşluq belə soyuducunun lazımi temperaturu toplamasına mane olur. Cihaz daim itirilən soyuğu kompensasiya etməyə çalışır. Nəticədə kompressor demək olar ki, dayanmadan işləyir. Bu isə həm elektrik sərfiyyatını artırır, həm də texnikanın daha tez köhnəlməsinə səbəb olur. Sıxlaşdırıcı zamanla, istidən və ya düzgün təmizlənməmədən deformasiyaya uğraya bilər. Bəzən isə qapıya ağır əşya toxunması nəticəsində zədələnir. Əgər rezin çirklidirsə, o da lazımi şəkildə yapışmır. Yağ və toz nazik bir qat yaradaraq tam bağlanmanı pozur. Mütəxəssislər sıxlaşdırıcını mütəmadi olaraq ilıq su və yumşaq yuyucu vasitə ilə silməyi tövsiyə edirlər. Bu, həm xidmət müddətini uzadır, həm də hermetikliyi yaxşılaşdırır. Bəzi hallarda rezini fenlə yüngülcə qızdırmaq elastikliyi bərpa etməyə və xırda deformasiyaları aradan qaldırmağa kömək edə bilər.

Lakin rezin cırılıbsa, onu dəyişmək lazımdır. Bu detal baha deyil və çox vaxt onu müstəqil şəkildə quraşdırmaq mümkündür. Soyutma problemləri çox zaman məhz qapının hermetik olmaması ilə bağlı olur. İnsanlar isə səbəb göz qabağında olduğu halda ustaya pul xərcləyirlər. Əgər sıxlaşdırıcı qaydasındadırsa, soyuducunun ətrafındakı havalandırmanı da yoxlamaq lazımdır. Korpusun həddindən artıq qızması da effektivliyi azalda bilər. Lakin əksər hallarda problem sadə qapı yoxlanışı ilə həll olunur və soyuducu yenidən normal rejimdə işləməyə başlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Fevral 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri