Icma.az
close
up
RU
Söyüdvari akasiyanın Abşeron şəraitində toxumla çoxaldılması öyrənilib

Söyüdvari akasiyanın Abşeron şəraitində toxumla çoxaldılması öyrənilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Dendrlogiya İnstitutunun təcrübə sahəsində bir çox bitkilərin introduksiyası həyata keçirilir. Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının əməkdaşları bu bitkilərin bioekoloji xüsusiyyətlərini öyrənir və perspektivli növlərin yaşıllaşdırmada istifadəsinin perspektivlik xüsusiyyətini müəyyənləşdirir. Belə bitkilərdən biri də söyüdvari akasiyadır.

Dendrlogiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Acacia saligna (Labill.) H.L.Wendl. - Söyüdvari akasiyanın vətəni Avstraliyanın cənub-qərbidir. Söyüdvari akasiya Qərbi Avstraliyanın cənub-qərbində, eləcə də Afrika, Cənubi Amerika və Yaxın Şərqdə yayılıb. Ötən əsrin 20-ci illərində İsrailə gətirilib. Söyüdvari akasiyası şaxtaya və istiyə davamlı, əhəngli və yoxsul torpaqlarda bitə bilən, şoranlığa həssas, işıqsevər bitkidir. Payızda və ya yazda toxumla çoxaldılır. Gənc bitkilər çox tez böyüyür, bəzən ildə bir metrdən çox olur. Bitkinin toxumları uzunsov, tünd qara rəngdədir.

Söyüdvari akasiya Afrika, Cənubi Amerika və Yaxın Şərqin quraq ərazilərində sığınacaqlar yaratmaq və torpaq eroziyasının qarşısını almaq üçün istifadə olunur. Həmçinin söyüdvari akasiya bitki örtüyünün bərpası, ağac çıxarma sahələrinin dirçəldilməsi, aqromeşə təsərrüfatı, heyvan yemi və bəzək bitkisi kimi istifadə edilir.

Bitkinin toxumları Türkiyədən gətirilib. Fevral ayının I ongünlüyündə Saray təcrübə sahəsində əkilib. 200 ədəd toxum sahəyə səpilib. Cücərmə faizi və enerjisi hesablanıb. 200 ədəd toxumdan 180-i cücərib. Cücərmə faizi 90% olub. Aprel ayının II ongünlüyündə ləpə yarpaqları, may ayının I ongünlüyündə əsl yarpaqlar əmələ gəlib. Ləpə yarpaqları əsl yarpaqlar əmələ gələnə qədər bitkidə uyöunlaşma proseslərini həyata keçirməyə xidmət edir. Söyüdvari akasiyanın 3 aylıq cücərtilərinin hündürlüyü 18-25 sm, kök sisteminin uzunluğu 8-15 sm olub.

Bitkinin uzunluğu fərdlərdən asılı olaraq 1-2 m olur. Oduncağı tam formalaşmadığından Sarayda əsən güclü küləklərdən çətiri bir tərəfə əyilib. Yarpaqlarının forması müxtəlifdir. Əsasən uzunsov, lansetvari olub söyüdün yarpaqlarını xatırladır. Ona görə də bu növü söyüdvari akasiya adlandırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri