Icma.az
close
up
RU
Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? Mütəxəssis rəyi

Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? Mütəxəssis rəyi

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Payız-qış mövsümündə daha çox yuxarı tənəffüs yollarının, eləcə də xroniki xəstəliklərin kəskinləşməsi baş verir.

Xüsusilə də burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərinə xas olan kəskinləşmələr qeydə alınır. Bu hala, əsasən, azyaşlılar arasında sıx rast gəlinir.

Mütəxəssislər Report.az-a soyuq aylarda bu cür xəstəliklərdən necə qorunmağın yollarını açıqlayıblar.

Azərbaycan Tibbi Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müəllimi, həkim-pediatr Nigar Sədiyeva bildirib ki, yuxarı tənəffüs yolları burun dəliklərinin başlanğıcından səs tellərinə qədər olan bölgədir: "Bu orqanların infeksiyaları uşaqlarda ən çox rast gəlinən infeksiyalardır. Bu da xüsusilə qış aylarında özünü çox büruzə verir".

Onun sözlərinə görə, yuxarı tənəffüs yolları xəstəliklərinə zökəm, faringit, laringit, badamcıqların iltihabı, otit və sinusit aiddir: "Uşaqlarda bu sahədə ən çox rast gəlinən səbəb viruslardır (rinoviruslar, adenoviruslar və influenza - qrip virusu). Bakteriyalar isə artıq ikinci plandadır. Bakteriyalardan stafilakokk və streptokokk infeksiyaları valideynlərə daha çox tanışdır. Streptokokk infeksiyaları düzgün müalicə edilməzsə, revmatik qızdırma və diffuz poststeptokokk qlomerulonefritə səbəb olur".

Həkim-pediatr həmçinin yuxarı tənəffüs yolları infeksiyalarının əlamətlərini də açıqlayıb: "Xəstədə asqırma, öskürmə, qızdırma, halsızlıq, yorğunluq, başağrısı, bəzən də qulaq və boğaz ağrısı olur. Gözlərdə və ağzın içində qızartı müşahidə olunur. Burundan əvvəl şəffaf, sonra qatı ifrazat gəlir. Bu kimi hallarda xəstəyə istirahət təyin olunmalı və bol maye qəbulu məsləhət görülür. Qızdırmasalıcı və ağrıkəsici təsirli preparatlar, burun açıcı və öskürək siropları həkim təyinatına əsasən istifadə edilir. İkincili bakterial infeksiya varlığında və ya boğazdan yaxmada bakteriyalar aşkarlandıqda antibiotik təyin edilir. Aşağı tənəffüs yollarına keçərək bronxit və ya pnevmaniyaya səbəb ola bilirlər. Bu virusun inkişafı və ya allergik orqanizm səbəbindən ola bilər. Xışıltılı tənəffüs eşitdikdə dərhal həkimə müraciət edilməlidir. A qrup streptokokk infeksiyaları yetərli müalicə edilməzsə, revmatik ürək və ya böyrək xəstəliyinə səbəb ola bilir".

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərov isə deyib ki, payız-qış mövsümündə xroniki sinusitlər, rinitlər, allergik sinusitlər, allergik rinitlərdə kəskinləşmələr olur: "Xəstəliklərin kəskinləşmə şiddəti və müddəti orqanizmin immun sisteminin aktivliyindən, fəslin nə qədər ağır keçməsindən birbaşa asılıdır. Misal olaraq, payız fəslində temperatur nə qədər aşağı düşürsə, kəskinləşmə uzunmüddətli, eləcə də şiddətli olur".

Onun sözlərinə , xroniki xəstəliklərin kəskinləşməsi və fəsad vermə ehtimalları daha çox yaşlılarda və uşaqlarda olur: "Bu, yaşlı insanlarda, immun sisteminin zəifləməsi və paralel şəkildə gedən digər xəstəliklərlə əlaqəlidirsə, azyaşlılarda problem daha çox immun sisteminin tam qurulmadığı, kollektivlə sıx təmasın olmasına görə xəstəliklərin yayılması və digər üst tənəffüs yolları xəstəliklərinin fonunda xroniki xəstəliklərin kəskinləşməsinin çoxalması ilə bağlıdır. Gənclər və orta yaş təbəqəsi nümayəndələrində həyat tərzi mühüm rol oynayır. Belə ki, bir çox insan gündəlik sağlam həyat tərzinə əməl etmir. Düzgün qidalanmamaq da, öz növbəsində, immun sisteminin zəifləməsinə və təbii olaraq xroniki xəstəliklərin kəskinləşməsinə, eləcə də kəskinləşmənin ağır keçməsinə şərait yaradır".

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri