Yaz yay ayları niyə soyuq keçdi? Hava necə olacaq? Mütəxəssis RƏYİ
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son zamanlar iyin və iyul ayları o qədər də isti keçmədi. Qlobal istiləşmənin getdiyi bir dönəmdə yay fəslini payız kimi yaşamaq nədən qaynaqlanır?
Yay aylarının zəif istilik keçirməsinin əsas səbəbi qlobal istiləşmə fonunda regional hava sistemlərinin dəyişməsi və təbiət variabilikləridiri?
Bu fenomeni daha yaxşı anlamaq üçün Tribunainfo.az-a açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, ölkə ərazisində müşahidə edilən hava şəraitində artıq bir-neçə gündür ki, ölkəmizə şimal axınlarının təsiri nəticəsində mülayim və nisbətən sərin hava şəraiti müşahidə olunur.
G. Abbasovanın sözlərinə görə, İyul ayının ötən dövrü ərzində əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olub. Ümumi olaraq bölgələr üzrə 7 gün yağıntılı hava şəraiti müşahidə olunub.
O qeyd edib ki, bu həftənin ikinci yarısından başlayaraq ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35, Aran rayonlarında 39, dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı proqnozlaşdırılır”.
Dəniz Pənahova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 07 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















