Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına dağ basdı Yardımlıda DƏHŞƏT

Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına dağ basdı Yardımlıda DƏHŞƏT

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Yardımlıda arvadına işgəncə verən ər həbs olunub.

Lent.az-ın xəbərinə görə, hadisə Abasabad kəndində baş verib.

İttiham aktına görə, 31 yaşlı Elçin Mütəllibov (şərti adla) yeməyin hazır olmamasını bəhanə edərək, qeyri-rəsmi şəkildə bir yerdə yaşadığı zərərçəkən Gülnarı (şərti adla) təhqir edib və yumruqla sol qaş nahiyəsinə zərbə vurub. Həmçinin günlərin birində arvadının soyuq çay gətirdiyini əsas gətirərək şişi odun sobasında qızdırıb və qadının qoluna və baldırına “dağ basıb”. İttihama əsasən, Elçinin cinayətləri bununla bitməyib. Onun növbəti qanunsuz əməli Gülnarən çayı gec gətirməsi səbəbilə baş verib. Bu dəfə Elçin şalvarının kəməri ilə Gülnarın sol qoluna vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı Elçin Mütəllibov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə işgəncə verməklə törədildikdə) cinayət işi başlanıb.

Zərərçəkmiş şəxs ifadəsində göstərib ki, təqsirləndirilən şəxs ilə qohumdurlar. Onun üçün bir neçe dəfə elçi gəlsələr də atası razı olmayıb:

“Sonra isə Elçinlə könüllü qaçmışam. Bir gün aramızda yaranmış narazılıqdan sonra yaşadığımız  evin 2-ci mərtəbəsinə çıxdıq. Elçin mənə, yola getməməyimiz barədə kənddə söhbət gəzdiyini bildirdi, mən isə belə bir şey eşitmədiyimi dedim. Bu zaman Elçin məni yumuruqla vurdu, zərbədən qaşım və burnum qanadı.

Xatırlamadığım bir gündə Elçinə çay apardım, lakin o, çayın soyuq olduğunu bildirdi. Bundan sonra evin 2-ci mərtəbəsinə çıxdım, Elçinlə anası 1 ci mərtəbədə qaldı. Həmin vaxt qayınanam Elçinə dedi ki, arvadından xəbərin var, gündə biri ilə telefonla danışır. Elçin 2-ci mərtəbəyə yanıma gəldi və anasının dediklərini məndən soruşdu. Mən də and içərək belə bir şey olmadığını bildirdim. Bu zaman Elçin evin arxasına keçərək, manqalın üstündə olan şişi götürüb yanıma qayıtdı, başımda olan yaylığı açıb ağzıma bağladı. Şiş ilə sağ qol və sol baldır nahiyələrimə xəsarət yetirdi. Həmin gün o, vəziyyətdə qaldım. Ağzımı açandan sonra isə ağlayıb 1-ci mərtəbəyə qaynanamın yanına getdim, lakin qayınanam dediklərimə məhəl qoymadı.

Bir gün yenə çayı soyuq gətiribsən səbəbi ilə Elçin şalvarın kəmərlə və yumuruqla məni vurmağa başladı”.

Zərərçəkənin sözlərinə görə, həmin gün qayıananası onu ərinin əlindən alıb. Sonra evdən qaçaraq, atasının əmisi oğlugilə gedib və ondan atasına xəbər verməsini istəyib. Daha sonra atası gələrək, qızını öz evinə aparıb. Gülnar bildirib ki, şikayətdən sonra polis əməkdaşları gəlib. Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı müddətdə Elçin ona heç vaxt hörmətlə yanaşmayıb.  O, dediklərini nəzərə alaraq Elçin Mütəllibov barəsində azadıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs isə deyilənlərin böhtan olduğunu iddia edib. Onun sözlərinə görə, Gülnarla aralarında söz-söhbət olsa da, arvadı özü qaçıb evlərinə gedib:

“Gülnarın üzərindəki xəsarətləri mən yetirməmişəm. İzahatımda da bunu bildirmişəm. Birgə yaşadığımız müddətdə Gülnara hər hansı fiziki və psixi təzyiq göstərməmişəm. Belə bir şey olsaydı qonşuların və ya qohumların da məlumatı olardı. Aramızda olan narazılıq Gülnarın mənimlə birlikdə yaşayan 1-ci qrup əlil bacımdan iyrənməsindən başlayıb. Gülnara yaxın qohumları təsir edir ki, məndən ayırsınlar. Gülnara deyirlər ki, səni pullu şəxsə verəcəyik”.

Elçin qeyd etdiklərini nəzərə alaraq əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Lakin məhkəmə təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşıb və hesab edib ki, həmin ifadələr işin faktiki hallarına uyğun gəlmədiyindən və məhkəmə istintaqında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin barəsində elan edilmiş ittiham üzrə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz.

Məhkəmənin qərarı ilə Elçin Mütəllibov 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Avqust 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see412

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see331

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see311

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see306

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see295

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see288

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see285

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see280

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see266

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see265

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see256

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see241

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see236

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see225

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see221

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see200

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see198

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see190

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see181

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri