Soyuq Müharibənin YENİ VERSİYASI Çin və Rusiya Amerikaya necə MEYDAN OXUYUR?
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya birliyi nüvə silahlanmasında yeni mərhələyə qədəm qoyub və bu mərhələdə ABŞ eyni vaxtda iki bərabər rəqiblə — Çin və Rusiya ilə yarışmalı olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, əvvəllər nisbətən kiçik nüvə arsenalına malik olan Pekin hazırda sürətlə güclənir və proqnozlara əsasən, 2030-cu illərin ortalarınadək ABŞ-la paritetə çata bilər. Eyni zamanda Rusiya Amerikanın böyük şəhərlərini hədəfə almaq üçün nəzərdə tutulmuş yeni nəsil nüvə sistemləri hazırlayır.
Vaşinqton və Moskva hələ də 2026-cı ilin fevralında müddəti başa çatacaq Yeni START (SНВ-III) müqaviləsinin məhdudiyyətlərinə bağlı qalsa da, Çin silahlanmaya nəzarət mexanizmlərində iştirak etmir və öz arsenalını sürətlə genişləndirir.
Amerikalı ekspertlərin hesablamalarına görə, ABŞ-ın 5117 nüvə başlığı var, onların 3,7 minə yaxını döyüş tərkibindən çıxarılıb. Rusiyada bu göstərici 5459, Çində isə təxminən 600-dür.
Şimali Koreya da nüvə klubuna aktiv daxil olur — Pxenyanın təxminən 50 başlığı olduğu, həmçinin ABŞ ərazisini vura biləcək raket və sualtı qayıqlar hazırladığı bildirilir.
WSJ qeyd edir ki, ABŞ-ın nüvə modernizasiya proqramı Rusiya, Çin və KXDR-dən gələn təhdidlərin artmayacağı fərziyyəsinə əsaslanırdı, lakin bu gözləntilər özünü doğrultmayıb.
“Biz üçüncü nüvə əsrinə daxil oluruq və bu dövr soyuq müharibə dövrünə daha çox bənzəyəcək”, – deyə Pentaqonun keçmiş əməkdaşı Metyu Kreniq bildirib.
Məlumata görə, Çin hələlik silahlara nəzarət üzrə danışıqlara hazır deyil. Pekin ABŞ və Rusiyaya çatmağı prioritet kimi müəyyən edib. Bəzi Çin hərbi ekspertləri açıq şəkildə bildirirlər ki, ölkənin məqsədi ABŞ-ın heç vaxt Çinə qarşı nüvə silahından istifadə etməyə cəsarət etməyəcəyi səviyyədə arsenal yaratmaqdır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 17 Noyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















