Icma.az
close
up
RU
Soyuqlamısınız? Dərmanlarda qənaət edin!

Soyuqlamısınız? Dərmanlarda qənaət edin!

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Hal hazırda insanlar daha çox qənaət etməyə çalışır. Bu məqalədə biz sizə soyuqdəymənin müalicəsi zamanı qənaət etməyin yollarını göstərmək istərdik.

- Soyuqdəymə və qripp zamanı antibiotiklərdən istifadə olunmur. Bu xəstəliklərin səbəbi viruslardır, lakin antibiotiklər viruslara heç bir təsir etmir. Baxmayaraq ki, bütün dünya həkimləri bunu daim vurğulayır,  insanların bir çox hissəsi soyuqdəymə və qripp zamanı həkimlə məsləhətləşmədən antiotikləri qəbul etməyə davam edir. Soyuqdəymə və qripp fonunda hər hansı bakterial infeksiya inkişaf etdikdə, xəstəyə antibiotiklər təyin oluna bilər. Lakin antibiotikləri yalnız həkim və yalnız xəstəni müayinə etdikdən sonra  təyin edə bilər.

Beləliklə, soyuqdəymə zamanı antibiotiklərə pul xərcləməyin.

- Zökəmi müalicə etmək üçün daha bahalı dərmanların (dlyanos, otrivin,ksimelin və s.) əvəzinə, tərkibi eyni təsirli vasitə olan qalazolin ala bilərsiniz. Ucuz və effektli.

Əgər burnuzla az da olsa nəfəs ala bilirsinizsə, durun damcılardan istifadə etməyin. Uzun müddət ərzində istifadə olunduqda (5 gündən çox) bu damcılar burnun selikli qişasını yandırır.

- Əksər hərarətsalan preparatların tərkibinə parasetamol daxildir. Bu preparatların əvəzinə adi ucuz parasetamol almaq olar.

- Boğaz ağrısı zamanı dərmanlara deyil, təbii vasitələrə (ot dəmləmələri, isti çay limonla, zəncəfil çay limonla və balla, isti süd balla və s.) üz tutun.

- Virusəleyhinə preparatlar yalnız xəstəliyin ilk 24 saat ərzində təsir edir. Daha sonra onların təsiri, demək olar ki, yox səviyyəsinə düşür. Bu səbəbdən virusəleyhinə preparatlarında da qənaət etmək olar.

- Öskürəklə mübarizə aparmaq üçün dərmanlardan deyil, təbii vasitələrdən istifadə edin - süd "borjom"la, süd balla, diyan kökü dəmləməsi, qara turp balla, isti ayaq vannaları və s.

- İmmun sistemini möhkəmləndirmək üçün bahalı vasitələrin əvəzinə exinaseya bitkisinin dəmləməsini və ya apteklərdə satılan exinaseya tinkturasını istifadə edə bilərsiniz. İmmuniteti möhkəmləndirən bir çox bahalı preparatların tərkibinə məhz exinaseya daxildir.

- Soyuqdəymə zamanı C vitaminin qəbulu sağalmanı tezləşdirir. Bahalı vitaminlərin yerinə, daha ucuz analoq ala bilərsiniz.

- Soyuqdəymə və qripp zamanı toyuq bulyonu da çox yaxşı müalicəvi təsir edir. Alimlər sübut edib ki, toyuq bulyonunun tərkibində olan bəzi maddələr boğaz ağrısı, öskürək, zökəm zamanı çox yaxşı müalicəvi təsir edir, sağalmanı tezləşdirir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri