Icma.az
close
up
RU
Söyüş blogerləri nin sponsoru Adnan imiş Senasion iddia

Söyüş blogerləri nin sponsoru Adnan imiş Senasion iddia

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər xaricdə məskunlaşmış və “söyüş blogerləri” kimi tanınan Tural Sadıqlının, Məhəmməd Mirzəlinin paylaşımları müzakirə olunur. Hər iki şəxs ötən həftəsonu videomüraciət yayaraq bildiriblər ki, indən sonra rəhbəri olduqları “Azad Söz” və “Made in Azerbaijan” səhifələri fəaliyyətlərini dayandırır. Səbəb kimi maddi imkanlarının tükəndiyini deyiblər.

T.Sadıqlı bildirib ki, işi davam etdirmək üçün ayda ən az 3 min avro vəsait lazımdır. M.Mirzəli də eyni arqumentləri söyləyib. Hər iki blogerin fikri budur ki, əgər dəstək alarlarsa, səhifələri dayanmayacaq, əks halda, bu işi aparmaq mümkün olmayacaq.

Sözügedən açıqlamalardan sonra bəzi rəylərdə deyildi ki, bu, oyundur, əlavə pul yığmaq üçün belə davranılır. Başqa rəylər isə belədir ki, onlara sponsorluq edənlər vəsaiti dayandırdıqları üçün çətinliklə üzləşiblər.

Amma əsas versiyaya görə, xaricdəki söyüş blogerlərini Ramiz Mehdiyev və ona bağlı çevrələr maliyyələşdirirdi. Mehdiyevlə bağlı həbs qərarı verildikdən, araşdırma, istintaq başladıqdan sonra vəziyyət dəyişib, xaricdəkilərə ötürülən pullar kəsilib.

Məsələyə dərindən baxdıqda, proseslərə məntiqlə yanaşdıqda bu rəy çox da inandırıcı görünmür. R.Mehdiyevin gizli siyasi müttəfiqlərinin olduğu barədə indiyə kimi çox deyilir, yazılır. Onun radikal müxalifətlə – xüsusilə də AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə əlaqələri barədə mediada, sosial şəbəkələrdə məlumatlar yayılıb. Yəqin ki, bütün bunlar istintaq tərəfindən araşdırılıb, müəyyənləşdiriləcək və hüquqi qiymət veriləcək.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, xaricdəki blogerlərin əsas sponsoru SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan Adnan Əhmədzadədir. Onun əsas məqsədi biznes rəqiblərini xaricdəki bu şəbəkə vasitəsilə hədəfə çıxarmaq, onlar haqda yalan-doğru məlumatları ictimai rəyə bu şəkildə ötürmək və həmin şəxsləri nüfuzdan salmaq olub. A.Əhmədzadənin özünə siyasi rəqib gördüyü şəxslərə qarşı da bu şəkildə qara PR təşkil etdirdiyi iddia olunur. Mənbəmizin məlumatında vurğulanır ki, əsas maliyyə mənbəyi İstanbuldakı mərkəz (“İstanbul ocağı”) olub və pullar ordan paylanıb. Bəzi hallarda nağd, bəzi hallarda isə kartlara, hesablara köçürülmə yolu ilə bu işlər idarə və koordinasiya olunub.

Deyilənə görə, Adnan Əhmədzadənin izi itirmək üçün bəzən özü haqda xaricdəki blogerlərə “ifşaedici” məlumatlar ötürürmüş. Bununla da elə rəy yaradıb ki, guya bu şəbəkənin hədəfindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see292

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see228

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see179

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see177

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see148

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see146

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see142

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see140

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see132

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see130

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see129

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see128

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see127

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see126

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see125

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see125

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see124

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri