Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Uşağın xatirinə boşanmamaq... Seçim doğru, yoxsa?

Uşağın xatirinə boşanmamaq... Seçim doğru, yoxsa?

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ailədaxili münasibətlərin vəziyyətini göstərən son statistika həm zorakılıq halları, həm də boşanma prosesləri ilə bağlı ciddi tendensiyalara işarə edir. Belə ki, bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 68 nəfər, o cümlədən 45 uşaq sosial reabilitasiya xidmətlərinə cəlb olunub. Bu həm də ailə içində yaşanan gərginliyin, psixoloji təzyiqlərin və səssiz qalan zorakılıq formalarının artdığını göstərən mühüm siqnaldır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Sosial Xidmətlər Agentliyi tərəfindən zorakılığa məruz qalan şəxslərə sosial-psixoloji, tibbi-sosial və digər dəstək xidmətləri göstərilib. Bu xidmətlər zərərçəkmişlərin psixoloji sabitliyinin bərpasına, özünəinamın formalaşdırılmasına və gələcək həyatın sağlam şəkildə qurulmasına yönəlib. O da məlumdur ki, məişət zorakılığının böyük hissəsi yalnız fiziki təzyiqdən ibarət deyil.
Daha təhlükəlisi və uzunmüddətli təsiri olan emosional zorakılıq, təhdid, şantaj, daimi alçaldılma, sözlü təhqir və iqtisadi asılılıq formalarıdır.
Ən çox zərər isə məhz bu mühitdə böyüyən uşaqlara dəyir. Ona görə də uşaq psixoloqları xəbərdarlıq edir: ailədə daimi qışqırıq, gərginlik və münaqişə, valideynlər arasında hörmətsizlik, susqun, amma ağır psixoloji atmosfer uşağın xarakterini, özünəinamını, gələcək münasibətlərini və emosional sabitliyini dərin şəkildə zədələyir.
 

Cəmiyyətdə geniş yayılmış düşüncə belədir ki, valideynlər uşağın xatirinə münasibəti davam etdirməlidir. Bəs "uşağa görə ayrılmırıq" fikri doğru seçim, yoxsa yanlış yanaşmadır?


Psixoloqlar qeyd edir ki, davamlı gərginlik və münaqişə içində böyüyən uşaqlar gələcəkdə daha çox aqressiyaya, depressiyaya, intihar düşüncələrinə, zorakılıq davranışlarına meyilli olurlar. Sakit şəkildə ayrılıb, amma uşağa birgə qayğı göstərən valideyn modeli, yəni mədəni şəkildə boşanmış, amma övladla bağlı əməkdaşlıq edən ailə forması uşağın psixoloji inkişafına daha sağlam təsir edir. Əlbəttə ki, bu, heç də boşanmanın təşviqi deyil. Sadəcə olaraq, zəhərli mühitdə ailəni süni şəkildə saxlamaq uşağın inkişafına sağlam ailə modelindən daha çox ziyan vurur.
Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələrinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında 31 403 nikah, 13 869 boşanma qeydə alınıb. Beləliklə, nikahların payı əhalinin hər min nəfərinə 4,5-dən 4,6-ya yüksəlib. Boşanma göstəricisi isə 2,1-dən 2-yə düşüb. Bu, nikahların nisbətən artdığını, boşanma hallarının isə azaldığını göstərir. Bununla belə, boşanan ailələrin strukturuna nəzər saldıqda daha ciddi məqamlar üzə çıxır.
Statistika onu göstərir ki, artıq uşaqlı ailələrdə boşanma sayında azalma var. Ötən il 18 yaşadək uşağı olan ailələrdə qeydə alınan boşanmaların sayı 21 384, 2023-cü ildə isə 21 688 olub. Bu, cüzi də olsa, azalma deməkdir.
Ötənilki boşananların təsnifatı belədir: Uşağı olmayan ailələr 10 364, bir uşaqlı boşanmalar 4 368, iki və daha çox uşaqlı ailələrdə boşanma 6 652 sayda olub.
Boşanmadan sonra valideynlərindən biri ilə qalan uşaqların ümumi sayı isə 19 632 olub. Hər 100 boşanmaya düşən uşaq sayı 178 olaraq qalıb.
Bu statistika, ailələrin uşaqların varlığına baxmayaraq, münasibətlərin davam etdirilməsinin həmişə mümkün olmadığını göstərir.
Ayrılmaq, yoxsa davam etmək? Hansı qərar daha doğrudur?
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev "Yeni Müsavat"a danışıb.
Sosioloq qeyd edib ki, ölkədə boşanmaların sayının azalması fikri doğru deyil:
"Son illərin statistikası göstərir ki, ölkədə boşanma dinamikası hələ də stabil şəkildə artma xətti ilə gedir. Cəmiyyətdə "boşanmalar azalır" kimi optimist fikir formalaşsa da, real mənzərə belə deyil. Azərbaycanda faktiki olaraq boşanma bumu yaşanır və bu prosesi durdura biləcək ciddi, sistemli addımlar hələlik müşahidə olunmur.
 

Boşanma göstəricilərinin aşağı düşməsinə səbəb ola biləcək hər hansı bir fundamental sosial-siyasi hadisə baş verməyib. Bu səbəbdən də trend aşağı yönlü deyil, əksinə, illər üzrə yuxarıya doğru hərəkət edir. Təxminən 30-40 il əvvəl Azərbaycanda uşağı olan ailələrdə boşanma çox nadir hal idi. Uşaq ailəni birləşdirən ən güclü psixoloji bağ sayılırdı. Cəmiyyətdə "uşaq ailənin sütunudur" düşüncəsi dominant idi və uşağın varlığı tərəflər arasında kompromisə gəlməyi, emosiyaları cilovlamağı, məsuliyyət hissini, ailəni qoruma instinktini gücləndirirdi.


Lakin müasir cəmiyyətdə vəziyyət kökündən dəyişib. Artıq valideynlər arasında daha çox eqosentrik düşüncə, "mən mərkəzli" davranışlar, şəxsi rahatlığı ailə dəyərlərindən üstün tutmaq tendensiyası müşahidə olunur. Nəticədə uşaq birləşdirici amil olmaqdan çıxır, ailə münasibətlərində tərəflərin öz emosional komfortunu prioritet edən yanaşmalar güclənir. Bu səbəbdən bu gün uşaqlı ailələr belə asanlıqla boşanma qərarı verir. Uşağın taleyi, onun böyüyəcəyi psixoloji atmosfer və gələcək həyatı çox zaman valideynin öz xoşbəxtlik konsepsiyasının kölgəsində qalır.
Son illərdə dəb halını almış fikir belədir: "Uşaq münaqişəli ailədə travma yaşayır, ona görə boşanma daha yaxşıdır".
Bu fikri ən çox məhz boşanmış insanlar dilə gətirir. Əlbəttə ki, sakitlik və psixoloji təhlükəsizlik uşağın inkişafı üçün vacibdir. Lakin burada ciddi bir nüans unudulur - əgər ailədə münaqişə varsa, onu ilk növbədə həll etmək lazımdır, dağıtmaq yox. Əvvəllər bu münaqişələrə ailə institutunun içindən ağsaqqallar, ağbirçəklər, yaxın qohumlar müdaxilə edir, tərəfləri barışdırır, ailəni qorumağa çalışırdılar.
Bu gün isə boşluğu doldurmaq üçün müasir dövrdə yalnız bir yol qalır: əgər hökumət doğrudan da ailədaxili münaqişələrin azalmasını istəyirsə, bu proses sistemli şəkildə qurulmalıdır. Təhlükə altında olan ailələrin xüsusi reyestri olmalıdır. Bu ailələrlə sosial xidmətlər mütəmadi işləməlidir. Məqsəd boşanmanın qarşısını almaq, ailə mühitini sağlamlaşdırmaqdır. Gənc ailələr üçün psixoloji savadlılıq dərsləri, konflikt idarəetməsi, valideyn məsuliyyəti proqramları boşanmaların xeyli azalmasına səbəb olar".
Sosioloqun fikrincə, boşanma uşağı travmadan "qurtarmır" əksinə, travmanı daha da dərinləşdirir:
"Boşanmış ailədə böyüyən uşaqların psixoloji çətinliklərlə üzləşməsi daha yüksək ehtimaldır. Yəni atanın və ya ananın itirilməsi hissi, iki ev arasında bölünmək, özünəinamın zəifləməsi, gələcək münasibətlərdə güvənsizlik. Hətta tədqiqatlar göstərir ki, boşanmış ailədən çıxan uşaqlar böyüdükdə boşanmış ailə qurmaq ehtimalı daha yüksək olur. Yəni boşanma çox zaman yeni nəsildə də təkrarlanan davranış modelinə çevrilir. Bu səbəbdən "uşaq travma yaşamasın deyə boşanmaq" düşüncəsi bəzən qısa müddətli rahatlığın uzunmüddətli psixoloji zərbəsi ilə əvəz olunur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri