Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Sözdən pərvəriş tapan söz adamı

Sözdən pərvəriş tapan söz adamı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əsəd Cahangirin 60 yaşına

Həyatı anlayanlar, dərk edənlər, öyrənənlər çox şeyə vaqif olurlar. Tanrının bəxş etdiyi ömür payını elm, irfan, ədəb, mərifət içərisində keçirirlər. O da öyrənirdi. Gecəsini-gündüzünə qatıb nəhayətsiz bilik ümmanına baş vururdu. Elə ilk yazılarında istedad qığılcımı parlamaqdaydı. Gənclik çağları kitablar içində keçmişdi. Elmə yiyələnməkdə qüvvəli, təpərliydi. Azərbaycan ədəbiyyatının, dünya söz sənəti korifeylərinin əsərlərini oxumaqdan, görkəmli tənqidçilərin qiymətli irsini əxz etməkdən yorulmurdu. Ədəbiyyat bir ahənrübatək onu həmişə özünə çəkir, möcüzəli cazibəsində saxlayırdı. 

Yaradıcılığa başladığı ilk vaxtlardan Sözün vurğunu idi. Onun üçün Söz ilahi gücə malik idi, Əlahəzrət Söz elə Allahın özü idi. Sanki Sözdən pərvəriş tapmışdı həyatı, yeri-göyü, asimanı. Fikirlərini söz-söz hörürdü Söz sevdalısı. Artıq ədəbi cameə onu belə tanıyır, qəbul edirdi. Onun bir fərd olaraq şəxsiyyəti zamanın, dövranın gərdişi ilə həmahəng formalaşır, mükəmməllik obrazı yaranırdı. Sövq-təbii 90-cı illəri xatırladım. Hələ o illərdə gənc Əsədin vaxtilə çalışdığım “Bakı” qəzetində dərc olunmuş ilk qələm nümunələri − ədəbi yazıları da ciddi rezonans doğururdu. 

Çağdaş söz sənətimizdə və ədəbi tənqidimizdə sayılıb-seçilən, çevik ədəbi prosesi izləmək, istiqamətləndirmək missiyasını çiynində daşıyan ünlü isimlərdəndir Əsəd Cahangir. Azərbaycan ədəbiyyatşünaslığına gözəl töhfələr bəxş edən tanınmış ədəbi tənqidçi, esseist, incə ruhlu şeirlər müəllifi Ə.Cahangirin ümumən dünyaya, qələmə aldığı mövzulara özünəməxsus fəlsəfi baxışı, fərqli yanaşması var. Ədəbiyyat və incəsənətin elə bir sahəsi yoxdur ki, onda maraq doğurmasın. Əsəd Cahangirin teatr və kino resenziyaları, tarixi, dini, fəlsəfi məqalələri, icmalları, sənət adamları haqqında portret və təhlili yazıları həmişə maraqla oxunur. Əsərlərində qarşıya qoyduğu ən böyük missiya heç kəsin haqqını tapdalamadan həqiqəti yazmaq, gerçəyə sədaqət, obyektivlikdir. Ə.Cahangir bu ədəbi kredosuna bu gün də sadiqdir, yazıları həyatın özüdür. 

Yüksək intellekt sahibi oxucusunun zövqünü, səviyyəsini nəzərə almağı bacarır. Bədii fikir tariximizin bilicisi dərin məntiqi və idrak gücü ilə yazıb yaradan qələm adamıdır. Görkəmli ədəbi tənqidçilər, ədəbiyyatşünas allimlər, qələm dostları Ə.Cahangirin intellektual mövzulu əsərlərinə dəqiq, sanballı qiymət verib, bu örnəkləri uğurlu sənət əsərləri kimi dəyərləndiriblər. Akademik Nizami Cəfərov, Xalq yazıçıları Anar, Elçin, Sabir Əhmədli, Afaq Məsud, Xalq şairləri Fikrət Qoca, Ramiz Rövşən, tanınmış söz adamı, şair-publisist Elxan Zal Qaraxanlı və başqaları müəllifin tamamilə yeni üslubda yazılmış esselərinə və poemalarına obyektiv münasibət sərgiləyiblər. 

Əsəd Cahangirin yaradıcılığında Qarabağ mövzusu da mühüm yer tutur. Müəllifin bu qəbildən olan bədii nümunələrini incələmək istərdim. İlk öncə deyim ki, bu əsərlərin məna yükü, ifadə forması fərqlidir, qutsal ideyası ümumbəşəri prinsiplərə əsaslanır. Qarabağ şəhidlərimizin ruhuna ithaf olunmuş “Səs” essesi və “Xarıgülnar” poeması bu üzdən fikrimizə sübutdur. Yeni üslubda ərsəyə gətirdiyi, poetik baxımdan özəlliyi ilə fərqlənən həmin əsərləri ədəbi ictimaiyyət maraqla qarşılayaraq təqdir etmişdir. Ə.Cahangirin çoxşaxəli yaradıcılığında adı çəkilən əsərlərin xüsusi yeri var. 

“Oyanmış ruhun özünüdərki” məqaləsinin müəllifi, akademik Nizami Cəfərovun fikrincə, “dialektik düşüncə, ehkamçılıqdan uzaqlıq, dünyaya və onun bədii inikası olan sözə daimi dəyişmə, inkişaf və ya tənəzzüldə olan canlı proses kimi baxmaq – Ə.Cahangirin düşüncəsinə məxsus daha bir cəhət budur. Bu, onun yazılarına qabarıq nəzərə çarpan tarixilik keyfiyyəti verir... Bunu “Səs”, “Dəmirbaşlar”, “Aprel tezisləri” kimi ən yaxşı esselərində də aydın görürük. Əsəd bütün yazılarında ilk essesinin sərlövhəsinə sadiqdir... Onun yazılarının alt yapısında bir fəlsəfi suala cavab cəhdi durur: Hardan gəlib, hara gedirik?”

Müəllif “Səs” adlı essesində məmləkətimizi üç geokulturoloji, söz, səs və rəng məkanlarına bölür. Naxçıvan, Göyçə, Qazax və Borçalı sözün, Qarabağ səsin, Bakı və Şirvan isə rəngin məkanıdır. Başqa sözlə, “Səs” bütünlüklə “Qarabağnamə”dir. Bu əsərdə Qarabağ ədəbi mühitinin həm də tarixilik baxımından yeri və rolu geniş əks etdirilmişdir. “Səs”də tarixə metatarixi baxış var və bunun hesabına Qarabağa da, səsə də yanaşmanın hüdudları müqayisəsiz dərəcədə genişlənir, min dəfələrlə eşitdiklərimizi, gördüklərimizi sanki ilk dəfə görür, müəlliflə birlikdə biz də öz ölkəmizi geokulturoloji rakursdan yenidən kəşf edirik” (N.Cəfərov). 

Əsərdə oxuyuruq: “Qarabağ bizim ümummilli sənətimizdir və onu itirmək xoşbəxtliyimizi, rifahımızı itirməkdir. Qarabağsız qaldığımız bu otuz ildə ağrı-acılarla üz-üzəydik... Qarabağ Azərbaycan türklərini göyə bağlayan bir bağdır. Onun neçə yüz ildən bəri Azərbaycan mədəniyyətinin Ötükəni olması bununla bağlıdır. Mədəniyyətin beşiyi olan Qarabağı itirmək öz varlığını itirməkdir, çünki bu zaman yeri göyə bağlayan dayaq nöqtəsi itirilir.”

Müəllif essenin ikinci hissəsində qeyd edir ki, “Ermənilər iyirminci yüzilə qədər bu dünyada özlərinə nəinki bağ, hətta ayaq basmağa bir parça torpaq tapa bilməyən iki xalqdan (digəri qaraçılardır) biridir. Ermənilərin də, qaraçıların da Allah yanında üzləri qaradır... Öz təkəbbürləri qarşılığında göylər tərəfindən cəzalandırılıb... Ermənilər yerə, türklər göyə bağlıdır. O qədər ki, hətta özlərini Göytürklər adlandırıblar.” Daha sonra oxuyuruq: “Qafqazın qəlbi Qarabağ, nurun vətəni Şuşadır.” 

Danılmaz həqiqətdir ki, bədii və fəlsəfi təfəkkür birləşib vəhdət halına gələndə mükəmməl əsərlər yaranır. Müəllif ruh məsələsi, ruhumuzun tərcümanı olan yaradıcılığın insana Allah tərəfindən verildiyi qənaətindədir, deməli, yaradıcılıq ilahi təbiətli, mənşəlidir. 

Qarabağ bizim səs incəsənətimizin bətnidir, Qarabağ uğrunda şəhadət özünü milli varlığımız uğrunda qurban vermək deməkdir” söyləyən müəllifin milli qüruru, güvənci, modernist təfəkkürü heyranlıq doğurur. Əsədin “Səs”i, ünü ucalırdı, fitrən istedadlı, ədəbi zirvələri sözlə fəth edən qələm adamının Qarabağ həqiqətlərindən bəhs edən bu essesini bütün məmləkət oxuyurdu. Çünki “Səs” haqqın, ədalətin səsi idi. Təsadüfi deyil ki, Ə.Cahangir bu müqəddəs mövzuya həsr olunmuş “Səs” (1999) essesinə görə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi “İlin tənqidçisi” adına layiq görülmüşdür.

Az sonra müəllif oxucularını Qarabağ mövzusunda qələmə aldığı daha bir əsəri ilə duyğulandırdı. “Xarıgülnar” poeması ilə. Əl-əl gəzib axtarılan yeni epik əsərə verilmiş bənzərsiz addan tutmuş, poemanın məna yükü, bədii siqlətii, qayəsinədək hər şey düşündürücüdür. Söz sevdalısı bu əsərində həm də əsl yurd sevdalısıdır: 

Əzizinəm, Şuşadı,
Kəbə ilə qoşadı!
Başına dönək, Şuşa,
təvaf eləyək səni,
bəs, bu otuz ili sən
necə dözdün,
necə yaşadın?

Həcmcə qısa, mənaca dərin olan bu əsər Qarabağın tacı Şuşada düzənlənmiş böyük mədəniyyət bayramı − Xarıbülbül musiqi festivalı günlərində qələmə alınıb. Əvvəla, onu deyim ki, poema 44 günlük Zəfər savaşımızda qazanılmış möhtəşəm Qələbəmizin doğurduğu böyük sevinc və fəxr-fəxarət hissi ilə yazılıb. Tanınmış səhnə ustası, Şuşada doğulmuş Xalq artisi Firəngiz Mütəllimovanın doğma şəhərinə qədəm basarkən illər öncə əhd etdiyi kimi, həsrətində olduğu yurd yerinin torpağına baş qoyaraq səcdə etməsi müəllifdə həyəcan doğuran impuls yaradıb və bu, adı çəkilən əsərin qələmə alınmasına vəsilə olub. Əsər cilalı dili, poetik deyimləri, yozumları, vətəndaşlıq məzmunu ilə fərqlidir. Ən başlıcası odur ki, müəllif bütün dünyanın diqqətini çəkən, çağdaş günümüzün ən mühüm hadisəsindən – Qarabağ Zəfərimizdən böyük Türk dünyasının zəngin və əbədiyaşar tarixi ilə vəhdətdə və müqayisəli şəkildə bəhs edir: 

Allah, sənə şükr olsun,
Şəhidlərimin adı adın kimi zikr olsun!
Şəhid bacıları bacım, anaları anam olsun!
İlbilgə xatun Mehriban,
Bilgə xaqanımız İlham olsun!

“Xarıgülnar” poeması qəhrəmanlıq eposlarımızı yada salır. Düşmənə nifrət hissi, mübariz ruhu, dili-üslubu ilə. “Dədə Qorqud” dastanının boyları, sanki müdrik el ozanının alqış dolu duaları eşidilir:  

Sular axsın, durulsun,
göyərsin otlarımız,
ulaşsın qurdlarımız!
Kişnəsin alma gözlü
Qarabağ atlarımız!

Poetik ruha sahib olan Əsəd Cahangir milli və bəşəri dəyərlər kəsb edən bu poemada qəhrəmanının intizarında olduğu doğma yurda ayaq basmasını qatı zülmət gecədən aydınlığa çıxmağa, gur işıq selinə düşməyə bənzədir: 

And olsun ki, bu qadın
qu desən, qulaq tutulan
qaranlıq gecələrdən
işıqlı səhərə gəlib,
doğulduğu şəhərə gəlib!

“Bu gün könlüm şüşədir, bu gün sözümün canı, fikrimin əvvəli-sonu Şuşadır” söyləyən müəllif Qarabağ mövzusunda ərsəyə gətirdiyi bu əsərində də tarixi həqiqətlərə güzgü tutur.           Əsəd Cahangirin yaradıcılıq fəaliyyətinin daha bir yönü, qolu var: tərcüməçilik. Onun hələ 2012-ci ildə ruscadan dilimizə çevirdiyi “Erməni genosidi: mif və həqiqət” kitabında erməni soyqırımı məsələsinin əsl mahiyyəti üzə çıxarılıb.  

“Ən böyük qazancım Tanrıya inamımdır. Həyat bir məktəbdir və burda əsas məsələ ruhun mümkün qədər çoxlu bilgi toplamasıdır” deyən Əsəd Cahangir ömrünün kamillik mərhələsinə qədəm qoyub. Bu günlərdə söz adamının 60 yaşı tamam olur.  Düşüncə, fikir adamı,  bədahətən şeirlər söyləyən qələm dostumuz Əsəd Cahangirə yaradıcılıq üfüqləri fəth etməyi, ədəbi cameəmizi və oxucularını yeni əsərlərlə sevindirməyi arzulayıram. 

Zemfira Məhərrəmli
yazıçı-publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri