Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Spiral Susdurulmuş səslərin zülmətdən ucalan sədası

Spiral Susdurulmuş səslərin zülmətdən ucalan sədası

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Siz heç "tamaşaya baxmağa" getdiyiniz teatrda özünüzü "bir quyunun dibində tapdınızmı?" Hə, olur, belə də olur. Bəzən teatr səhnəsi səhnə olmaqdan çıxır, iç-içə keçmiş talelərin susdurulduğu, boğulduğu quyuya çevrilir. O quyu ki, orada səslər çırpınır, sözlər çabalayır, çarəsizlik tüğyan edir. Sən isə o çarəsizliyi gah qəlbinin ən dərinində, gah boğazının düyünündə, gah da kirpiklərinin ucunda hiss edirsən.

Həmin gecə mən də Azərbaycan Teatr Xadimləri İttifaqının yolunu tutarkən, "Spiral" adlı yeni bir tamaşanı izləyəcəyimi düşünmüşdüm, amma qəfildən çarəsizlik dolu quyunun içərisində tapdım özümü...

Pərvin Ünalpın müəllifi olduğu, Könül Şahbazovanın səhnələşdirdiyi əsər tamaşaçıya hansısa hadisəni danışmaq üçün yox, bir zülm dövrəsini, bir susqunluq mexanizmini, bir neçə nəsil acısını göstərmək üçün yaranıb. Bu tamaşada dialoqlar elə kəskin səslənir, elə bir yaranı açır ki, insan sanki sözləri eşitmir, onları qapalı bir otağın soyuq divarlarında əks-səda kimi hiss edir.

Səhnə əsəri üçün seçilmiş "Spiral" adı əbəs deyil. Bu, zamanın içində təkrarlanan zorakılığın simvoludur. Qadın taleləri bir xətt üzrə yürümür, onlar dövr edir, büzüşür, daralır, genişlənir, yenidən daralır. Hər nəsildə eyni ağrı, eyni səssizlik, eyni qorxu başqa adla, başqa simayla geri dönür. Sanki cəmiyyət elə bu spiralın içində əsrlərdir dolanır və çıxa bilmir.

"Spiral"ın mərkəzində ana və qızın illər sonra baş tutan dialoqu bir növ üzləşməsi dayanır. Bu dialoq sadəcə iki qadının söhbəti deyil, bir ölkənin, hətta bir dünyanın çarəsiz qadınlarının qaranlıqdan hayqırtı ilə çıxmağa çalışan, amma bəzən öz səslərinin içində boğulan hekayəsidir.

Sevilən aktrisa Gülər Ləzgiyeva ana obrazını elə bir həssaslıqla, elə bir psixoloji dəqiqliklə yaradır ki, tamaşaçı onun baxışlarında yalnız bir qadının yox, onlarla qadının taleyini görür, o talelələri tək-tək yaşayır. Aktrisa ananı qurban obrazına çevirmədən, melodramın ucuz göz yaşına qatmadan, məhz həyatın sərt reallığından doğan bir dərinliklə təqdim edir.

Ana 13 yaşında zorla ərə verilib. Bəli, bu yaş uşaq üçün oyunun, məktəbin, dünyanın kəşf olunduğu dövrdür. Amma onun uşaqlığının üzünə qapı çırpılıb. O qapının arxasında isə qaranlıq bir otaq, zalım ər, nalə qoxuyan bir ev var. Aktrisa bu taleni sözlərdən daha çox, bədən yaddaşı ilə göstərir. Çiyinlərindəki daimi gərginlik, gözlərinin kənarındakı bitib-tükənməyən qorxu, danışarkən nəfəsinin sanki yarıda ilişməsi, barmaqların sanki bu dünyada tənhalığa tərk edilən sahibindən fərqli olaraq bir-birinə həyan olmaq istəyirmiş kimi, bir-birinə keçməsi zorakılığın yalnız keçmişdə yox, indidə də onun bədənindən, ən əsası isə ruhundan çıxa bilmədiyini göstərir.

Aktrisa ananı həm zavallı, həm də çox güclü bir obraz kimi təqdim edir. Çünki o, başına gələn bütün zülmlərə baxmayaraq, iki qızını tərk etməyib. Zalım ər onu iki övladı ilə birgə çölə atanda, öz doğmaca ailəsi "qayıt, amma uşaqları gətirmə" deyəndə belə, o, ana instinktinin müqəddəs inadkarlığına sığınıb. Lakin bu güc heç də qarşısına işıq kimi doğmayıb, onu yenidən başqa bir zorakılıq dairəsinə gətirib çıxarıb. İşsiz, gücsüz, təhsilsiz, iki uşaqlı ana ikinci dəfə ərə gedəndə, bu, xoşbəxtlikdən yox, kiməsə sığınmağa məcbur edilmiş bir qadının çarəsizliyindən doğan addımı idi. Amma nə yazıq ki, bu da öz növbəsində fəlakətin başqa, bəlkə də ən dəhşətli, ən vahiməli qapısını açır.

Ana zamanında o qədər çox susub ki, indi danışmaq onun üçün bir növ ağrıya çevrilib. Dialoqun hər cümləsində keçmişin tozu var, hər baxışında dibsiz bir qaranlıq. Bu obraz təkcə bir qadının faciəsi deyil, qadınların susdurulmuş, görünməzliyə məruz qalmış talelərinin səhnədəki əksidir.

lll

Səhnədəki ikinci obraz onun qızıdır. Aktrisa Zeynəb Kəngərlinin yaratdığı bu qız da acılardan, fəlakətlərdən, dəhşətlərdən keçib, hətta keçməkdədir. Onun iztirabları heç də anasının əzablarından az deyil. Çünki o, ata bildiyi, ata yerinə qoyduğu kişi tərəfindən çox kiçik yaşda təcavüzə məruz qalan, sırf anası və bacısının yaşaması uğruna özünü fəda edən biridir. Aktrisa bu obrazı o qədər çılpaq və sarsıdıcı bir enerji ilə təqdim edir ki, o, danışmağa başlayanda tamaşanın ritmi dəyişir, hava sıxlaşır, sanki otağın oksigeni azalır. Çünki bu qız artıq uşaq deyil, qadın deyil, uşaqlıq travmalarının nəfəs alan, bədənləşən halıdır.

O, anasının ikinci ərinin hər gecə təcavüzünə məruz qalanda heç kim onu eşitmir, heç kim ondakı çöküşü, sönən işığı, getdikcə saralan varlığını görmür. Uşaq qışqırır, amma səsi divarların arasında itib-batır. O, artıq etiraz da edə bilmir. Çünki anasının və kiçik bacısının həyatı ilə təhdid olunur. Körpəcə bir qızın tək dayağı, tək varlığı anasının ölümü ilə təhdid edilməsi nə deməkdir?! Faciə... Ona görə də o, bədənini, ruhunu onların həyatları naminə fəda edir. Amma bir gün necəsə dözmür və anasına "sənin ərin məni başqa cür sevir" deməyə özündə cəsarət tapır. Təəssüf ki, özü də uşaq ikən qadın olan, daim susdurulan, heç nədən başı çıxmayan cahil qadın onun bu sözlərinin arxasındakı fəlakəti görmür, onu "uşaq səfsəfəsi" zənn edir. Bəlkə də bir evi, bir həyatı bölüşdüyü adama, ümumiyyətlə, heç bir insana bu boyda böyük alçaqlığı yaraşdırmır, yaraşdıra bilmir. Beləcə, qızın son ümidi də ölür, eşidilməyi uman son pıçıltısı da havaya qarışır. Sonra eyni taleyi kiçik bacı yaşayır və bu dəfə o, dözə bilmir, zülmkarı öldürür. Böyük bacı isə bu cinayəti öz üzərinə götürür və həbsə düşür.

Bu hekayənin içində "qız" sözü təkcə yaş kateqoriyası deyil, cəmiyyətin sahib çıxmadığı bir varlığın adıdır.

Z.Kəngərli bu ağır yükü elə bir peşəkarlıqla daşıyır ki, obraz bir an belə zəifləmədən tamaşanın düz mərkəzində qala bilir. Onun sükutu belə qırılmış bir uşaqlığın xarabalıq səsləri kimi danışır.

Onun anasına yönəlmiş qəzəbi yalnız bir insana, onun səsini eşitməyən son dayağına deyil, zamanın bütün qadın susqunluğuna, qorxunu "namus" adıyla örtənlərə, zorakılığı "ailə məsələsi" sayanlara qarşıdır.

Aktrisa obrazın üsyanını sadəcə yüksək tonlarla deyil, pıçıltının içində gizlənmiş soyuqluqla, qulaqbatıran pauzalarla, gözlərində gərginləşən ağrıyla çatdırır. Onun monoloqları nə əzbərlənmiş söz təsiri bağışlayır, nə də səhnələşdirilmiş qəzəb. Hər cümlədə yaşanmışlıq, hər sükutda boğulmuş bir "kömək edin" var.

lll

Pərvin Ünalpın mətni sırf hadisə üzərində qurulmayıb. O, zərif, incə, amma kəsici bir psixoloji axına malikdir. Dramın hər anı bir sual kimi səslənir: Qadınlar niyə susur? Niyə danışanda inanmırlar? Uşaqlar niyə qorxudan, ana niyə çarəsizlikdən, cəmiyyət niyə laqeydlikdən ibarətdir?

Bu suallar tamaşanın alt qatında o qədər güclüdür ki, dialoq bəzən sosial esse təsiri bağışlayır. Dramın ən təsirli tərəflərindən biri də ana ilə qızın qarşıdurmasının "kim haqlıdır?" sualından çox, "kim daha az zülmə məruz qalıb?" sualına çevrilməsidir. Burada haqlı olmaq deyil, sağ qala bilmək mübarizəsi var.

Ünalpın mətni həm də göstərir ki, zorakılıq heç vaxt təkbaşına gəlmir. O, sistem yarasıdır:

- uşaq yaşda qızların ərə verilməsi,

- qadınların döyüldüyünü "evdaxili məsələ" kimi qəbul edən çevrə,

- "gəlinliklə girdin, kəfənlə çıxarsan" psixologiyası,

- təcavüz qurbanını dinləməyən ailə,

- sığınacaq-aidiyyətsizlik boşluğu,

-ən acısı isə "özün döz" sindromu.

Bu dramatik spiral hər döngədə yeni bir faciə yaradır.

lll

Könül Şahbazova tamaşanı sözün gücü üzərində qurmaqla çox çətin, amma dəqiq bir teatr qərarı verib. Çünki belə mətnlərdə dramatik gərginlik vizual səs-küyə qurban getməməlidir. Rejissorun səhnə həlli minimalistdir: iki qadın, iki stul və şəffaf pərdə. Amma bu sadəlik tamaşanın emosional yükünü yalnız daha da artırmağa xidmət edir.

Səhnənin hər küncündə boğucu bir reallıq var. İşıq daima sanki dar çərçivələr yaradır. İki qadın içində ilişib qaldıqları dairədən çıxa bilmirlər. Səhnədə qaçmaq yeri, gizlənmək bucağı yoxdur. Bu, zorakılıqdan qaça bilməyən qadın talelərinin vizual metaforudur.

Niyaz İlyasoğlunun tərtibatındakı dekorasiysa həm qaranlıq, həm də hipnotik təsir yaradır. İnsan ona baxdıqca sanki içə çəkilir, bildiyin bütün qadın taleləri gözünün önündən keçir.

Qurban Əhmədovun musiqi tərtibatı minimal səslərə söykənir. Musiqi bəzən heç yoxdur, bəzən yalnız nəfəs qədər zəifdir. Bu səssizlik sinirə işləyir, çünki zorakılığın ən təhlükəli tərəfi onun səs salmadan da davam edə bilməsidir.

Tamaşa dünən, bugünün qadın zorakılığından bəhs edir. Amma bu, təkcə bir hadisənin hekayəsi deyil, sistematik bir problemin bədii anatomiyasıdır.

Bu gün ölkəmizdə və dünyada qadın zorakılığı halları artdığı kimi, onun formaları da daha gizli, daha incə şəkildə təzahür edir. Erkən nikahlar, uşaqların susdurulması, iqtisadi asılılıq, "qadın ərinə tabedir" düşüncəsi, "qız uşağının səsi çıxmaz" psixologiyası və sair kimi cəmiyyətin irinləmiş yaraları öz üfunətini bütün talelələrə yayır.

Bütün bu faktlar "Spiral"ın yalnız səhnə gücünü yox, həm də sosial missiya yükünü artırır. Tamaşa qadın səsini yalnız teatr divarları arasında deyil, cəmiyyətin içində də eşitdirir. Bəli, bir tamaşa bir qanuna təsir edə bilməz, amma bir insanın düşüncəsinə təsir edə bilər. Bu isə dəyişimin başlanğıcı deməkdir.

Səhnə əsəri göstərir ki, zorakılıq yalnız bir kişinin yumruğu deyil. Bu, bütün bir sistemin qurduğu spiral mexanizmdir. Ana da, qız da, "bütün bu fəlakətlər bədən üçündürsə, qoy bu da onların olsun" deyib fahişəliklə öz ömrünü puç edən bacı da fərqli formalarda, amma eyni dairədə bu mexanizmin qurbanlarıdır.

Gülər Ləzgiyeva və Zeynəb Kəngərli səhnədə elə bir enerji yaradırlar ki, tamaşa sanki iki aktyorla deyil, böyük bir kollektiv ruhla oynanılır təsiri bağışlayır. G.Ləzgiyevanın ağrısı dərin və səssizdir. Z.Kəngərlinin ağrısı kəskin və hayqırtılı. Bu iki tonun rəqsi tamaşanın əsas psixoloji dinamizmidir.

Onların dialoqunda nə bircə artıq jest, nə də lazımsız emosional reaksiya var. Hər şey ölçülü, amma o qədər yandırıcıdır ki, tamaşaçı monoloqlar zamanı nəfəsini tutub gözləyir. Tamaşadakı pauzalar belə söz kimi çıxış edir. Axı bəzən bir sükut min cümlədən daha dəqiq danışır.

"Spiral" psixoloji dram olaraq həm sənət, həm mesaj, həm də sosial təsir baxımından güclü və yaddaqalan işdir. Əsər tamaşaçıdan yalnız izləməyi deyil, düşünməyi, xatırlamağı və mövqe tutmağı tələb edir. O, qadın zorakılığını yalnız fakt kimi deyil, ruha hopan, nəsillər boyunca daşınan bir spiral ağrı kimi göstərir.

Bu tamaşa hər qadının içində bir dəfə olsun səslənən "məni eşidin" nidasının səhnəyə daşınmış halıdır. O həm çağırışdır, həm etiraf, həm xəbərdarlıq... və ən əsası zülmətdən ucalan bir səsdir.

İnanıram ki, "Spiral" tamaşaçının yaddaşında yalnız sənət hadisəsi olaraq yox, həm də bir vicdan səsi kimi qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Dekabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri