Spirtli içki qəbul etməzdən əvvəl yağlı yeməklər qəbul etmək faydalıdır?
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Spirtli içki qəbulundan sonra yaranan asma vəziyyəti bəzən bütün həftə sonunu zəhərə çevirə bilər. Lakin bir neçə sadə qaydaya əməl etməklə bu vəziyyətdən qaçmaq mümkündür.
Redaktor.az xəbər verir ki, Skandinaviya Sağlamlıq Mərkəzinin terapevti Olqa Çistik jurnalistlərə verdiyi açıqlamada asmanın qarşısını almaq üçün dörd faydalı məsləhət təqdim edib.
Həkimin sözlərinə görə, spirtli içki qəbul etməzdən əvvəl yağlı yeməklər yemək orqanizmi qorumağa və asma simptomlarının yaranmasının qarşısını almağa kömək edə bilər.
Əgər asmadan qaçmaq mümkün deyilsə, onun təsirlərini azaltmaq üçün ilk növbədə bədəndəki su balansını bərpa etmək lazımdır. Bunun üçün adi su və ya elektrolitlərlə zəngin içkilər qəbul etmək tövsiyə olunur. Çistik əlavə edib ki, asma zamanı sakitləşdirici və ağrıkəsicilər də kömək edə bilər. Yaxşı və kifayət qədər yuxu isə asmanın ən təsirli müalicə üsullarından biri hesab olunur.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















